Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2020
15:46
Səsvermə vəsiqəsinin verilməsi başa çatır

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi bu gün başa çatır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 45–25 gün qalanadək, 2019-cu il dekabrın 26-dan 2020-ci il yanvarın 15-dək təqdim edilməlidir.

Bu gün həmçinin səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti də başa çatır.

Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının, o cümlədən yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi də yanvarın 15-də başa çatır.

Bundan əlavə, yanvarın 15-də seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi prosesi sona çatır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43280

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41563

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43204

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42667

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48204

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42721

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43149
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 06:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru