Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2020
11:05
İranda vurulan Ukrayna təyyarəsi barədə maraqlı iddialar səsləndirilir

Ukrayna tәyyarәsinin Tehran aeroportundan qalxandan sonra vurulması barədə müzakirələr hələ də gündəmdəki yerini qoruyur. İranın İnqliab Keçişkçiləri Korpusunun Hava vә Kosmik Qüvvәlәrinin komandiri general Әmir Әli Hacızadә təyyarənin təsadüf nəticəsində vurulduğunu açıqlasa da, ətraflı məlumatın instintaq bitdikdən sonra veriləcəyini deyib. 

Təyyarənin vurulması ilə bağlı isə maraqlı iddialar səsləndirilir. 

Bildirilir ki, Ukrayna tәyyarәsinә uçuşdan qabaq keçirilәn baxış zamanı iranlı mütәxәssislәr uçuş icazәsi vermәyiblәr, çünki tәyyarәnin mühәrrikindә ciddi problem olub vә uçuş vәrәqәsini dә imzalamayıblar. Tәyyarәnin uçuş mәsuliyyәtini Ukrayna mütәxәssislәr öz üzәrlәrinә götürüblər.

Tәyyarә havaya qalxandan sonra isə onun üçün ayrılmış hava koridorundan çıxaraq Tehrana tәrәf uçmağa başlayıb. Hava koridorunu nə üçün dәyişməsi barədə isə dispetçerә heç bir mәlumat vermәyib.

Uçuş istiqamәtini dәyişәn tәyyarә isə SEPAH-ın hәrbi bazasına çox yaxınlaşıb və HHM sistemi yaxınlaşan obyekti raket kimi qәbul edib. İddia edilir ki, radar sisteminin sərnişin təyyarəsini raket kimi qəbul etməsinə səbəb təyyarənin naviqasiyasına kənardan edilən müdaxilədir. Operatorun isə yaxınlaşan obyekti tәyin etmәk üçün cәmi 10 saniyә vaxtı olub və vurmaq məcburiyyətində qalıb.

Müəmmalı məsələlərdən biri isə təyyarənin vurulma anının görüntüsünün naməlum şəxs tərəfindən mobil telefonla çəkilməsi və bu görüntünün ilk olaraq "The New York Times" tərəfindən yayımlanmasıdır.. 

Məqalədə : İran təyyarə qəzası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
270

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
270

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
342

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
292

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
553

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
360

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
390
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 16:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru