
Bakıda yol qəzasında xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti dəfə əməliyyat olunacaq.
Bu barədə hüquq müdafiəçisinin oğlu Alı Gülalıyev məlumat yayıb.
Alı Gülalıyev deyib ki, atasının durumunda müsbət irəliləyişlər olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya hələki cavab çox zəif verdiyindən, dünən yox öncəki gün MRİ ediblər:
"Nəticəyə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb. Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq. İnşAllah əməliyyat uğurlu keçər. Xoş xəbərlər vermək ümidi ilə".
Qeyd edək ki, ötən il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.
Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb. O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun04-01-2020 11:46 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var, saz musiqisi dinlədi - VİDEO
11-12-2019 13:03 Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı növbəti məlumat yayıb
27-11-2019 10:59 Oqtay Gülalıyev palataya köçürülüb
26-11-2019 16:12 Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı AÇIQLAMA
23-11-2019 10:22 Oqtay Gülalıyevin vəziyyəti necədir?
06-11-2019 11:59 Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO
- 05-06-2020 10:38 Həftəsonu yollarda şəxsi avtomobilindən istifadə edənlər cərimə və yaxud həbs oluna bilər
- 31-05-2020 16:22 Buraxılış imtahanı ilə əlaqədar fənn olimpiadalarının final turunun keçirilmə tarixində dəyişiklik edilib
- 21-05-2020 09:45 Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar - VİDEO
- 29-02-2020 14:10 AMEA-da kitabxananın qiyməti 150 manata qaldırıldı
- 28-02-2020 16:50 Daha bir qurumda koronavirusla bağlı “qaynar xətt" fəaliyyətə başladı
- 27-02-2020 11:41 Hindistanda minarədən ayparanı söküb yerinə bayraq asdılar
- 24-02-2020 11:27 Azərbaycan əsgəri şəhid olub
- 20-02-2020 17:10 "Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA
- 14-02-2020 17:14 Tərtərdə ana uşağa dağ basdıqca nənə deyirmiş kabab iyi gəlir - VİDEO
- 10-02-2020 15:15 Milli Məclisə seçkilərin ilkin nəticələri tam məlum olub
- 07-02-2020 09:45 Havanın temperaturu normadan 4-6 dərəcə yüksək olub
- 06-02-2020 10:54 Azərbaycan hökuməti ərəb nazirə medal verdi
- 27-01-2020 16:46 Jirinovski: "Koronavirus ABŞ-ın Çinə olan bioloji hücumudur"
- 16-01-2020 17:19 Yanvarın 17-nə manatın məzənnəsi açıqlanıb
- 16-01-2020 16:08 Saxta “Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı aşkarlandı
- 15-01-2020 14:15 Xaricdəki Azərbaycan vətəndaşlarının hərbi uçotu aparılacaq
- 09-01-2020 17:03 Oqtay Gülalıyev sabah növbəti dəfə əməliyyat olunacaq
- 05-01-2020 15:57 Qasim Süleymaninin son məktubunun görüntüsü yayılıb
- 03-01-2020 09:52 Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
- 24-12-2019 12:24 Bakıda restoranda zəhərlənmə: ÖLƏN VAR
- 13-12-2019 13:23 İranda poçt bağlamalarının çatdırılmasında PUA-lardan istifadə olunacaq
- 12-12-2019 17:30 Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq
- 11-12-2019 19:05 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək
- 09-12-2019 10:15 Aeroport yolunda zəncirvari qəza
- 06-12-2019 10:00 ABŞ-da "Muhamməd" və "Aliyə" adları ilk 10-luqda