Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2020
11:07
Yol polisindən piyadalara müraciət

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.

İdarənin qadın əməkdaşının müraciətində bildirilib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bədbəxt və xoşagəlməz hadisələrdən qorumaq yol polisinin əsas funksional vəzifələrindən biridir.

Bir daha piyadaların diqqətinə bir sıra vacib tövsiyələr çatdırılıb:

"İlk növbədə piyadalar yolu keçərkən diqqətli olmalı, yalnız müəyyən olunan keçidlərdən istifadə etməlidirlər.

Günün qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində üzərində işıqqaytarıcı elementlər olan əşyalardan istifadə etmək tövsiyə olunur.

Digər aktual olan məsələ piyadalar ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan dayanacaqlarda olarkən yolun hərəkət hissəsinə çıxmaqla həm avtomobillərin normal hərəkəti üçün maneə yaratmış, həm də öz həyatlarını riskə atmış olurlar.

Hörmətli piyadalar, yol hərəkəti zamanı diqqətli olmalı və bu prosesdə fərdi məsuliyyət hissini unutmamağı xahiş edirik".

Məqalədə : Yol Polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4365

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2975

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2411

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 00:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru