Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Dekabr

2019
12:15
Müdafiə naziri aprel döyüşlərində azad edilmiş ön xətt mövqelərində olub

Müdafiə naziri aprel döyüşlərində azad edilmiş ön xətt mövqelərində olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

FaktXəbər-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprel döyüşləri zamanı Talış kəndi istiqamətində azad edilmiş ön xətt mövqelərində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq, onlara qiymətli hədiyyələr və bayram sovqatları təqdim edib.

Çay süfrəsi arxasında əsgərlərlə söhbət etdikdən sonra nazir ön xətdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb və müvafiq tapşırıqlar verib.

Sonra Müdafiə naziri səyyar tibb hospitalına baş çəkərək burada müalicə olunan əsgərlərlə və hərbi tibb müəssisəsinin personalı ilə də görüşüb, onları bayramlar münasibətilə təbrik edərək hədiyyələr təqdim edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda yol qəzası - xəsarət alan var

17

Fevral
09:58
HÜQUQ,HADİSƏ
50

Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı

17

Fevral
09:50
HÜQUQ,HADİSƏ
111

Xarici valyutaların manata qarşı məzənnələri

17

Fevral
09:40
İQTİSADİYYAT
167

MSK bu gün yenə toplanır

17

Fevral
09:21
SİYASƏT
214

Neft yenidən ucuzlaşıb

17

Fevral
09:10
İQTİSADİYYAT
230

Kamerunda qətliam

17

Fevral
08:37
DÜNYA
264

Bakıda qəza - prospektdə tıxac yarandı

15

Fevral
13:22
HÜQUQ,HADİSƏ
546

Qarabağada erməni əsgəri ölüb

15

Fevral
12:22
HƏRB
436

İmişlidə 1500 abonentin qazı kəsilib

15

Fevral
11:58
ÖLKƏ
409

Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi

15

Fevral
10:48
HÜQUQ,HADİSƏ
719
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-02-2020 10:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru