
Azərbaycan Ordusu üçün yeni qərargahlar istifadəyə verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələrdə yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Müdafiə naziri Ulu öndər Heydər Əliyevin N hərbi hissəsinin yeni inşa edilən qərargah binasındakı büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edib, “Fəxri ziyarətçi və qonaqlar” kitabını imzalayıb.
Yeni bina ilə tanış olan nazirliyin rəhbərliyinə burada yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, üçmərtəbəli qərargah binası 70-dən artıq xidməti və inzibati otaqdan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Bina mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilib.
Ərazidə abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb və 2500 müxtəlif növ ağac əkilib.
Sonra nazirliyin rəhbərliyi daha bir hərbi hissədə yeni inşa edilən ikimərtəbəli qərargahda və əsaslı təmirdən sonra istifadəyə verilən tibb məntəqəsində olub.
Bildirilib ki, qərargahdakı 35-dən artıq inzibati və xidməti iş otağı mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, lazımi mebel və avadanlıqla təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, 650 müxtəlif növ ağac əkilib.
İkimərtəbəli tibb məntəqəsi barədə də məlumat verilib. Bildirilib ki, müasir tibb avadanlığı ilə təchiz olunan məntəqə qəbul, təxirəsalınmaz təcili yardım, funksional diaqnostika, növbətçi həkim, ordinator, stomatoloji, prosedur və digər otaqlardan, eləcə də palatalardan, əşya anbarından, aptek və yeməkxanadan ibarətdir. Ərazidə abadlıq işləri aparılıb.
Tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb və qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun25-06-2020 14:34 Prezident “N” saylı hərbi hissəsinin açılışında olub
19-06-2020 11:15 Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub - VİDEO
30-12-2019 15:30 Cəbhəboyu zonada növbəti yeni hərbi hissənin açılışı olub
30-12-2019 10:36 Azərbaycan Ordusunun hərbi hissələrində “Açıq qapı günü” keçirilir
08-08-2019 14:13 Rusiyada hərbi hissədə növbəti partlayış
02-08-2019 11:07 Cəbhədə yerləşən hərbi hissələrin qışa hazırlığı yoxlanılıb - FOTO
- 25-06-2020 14:34 Prezident “N” saylı hərbi hissəsinin açılışında olub
- 19-06-2020 11:15 Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub - VİDEO
- 19-06-2020 09:13 Atəşkəs 22 dəfə pozulub
- 18-06-2020 10:10 Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
- 17-06-2020 09:40 Ermənistan atəşkəsi 24 dəfə pozdu
- 16-06-2020 17:04 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib
- 16-06-2020 15:55 Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
- 16-06-2020 15:34 Çin və Hindistan əsgərləri arasında atışma: ölənlər var
- 16-06-2020 13:48 Cənubi Koreya qoşunları yüksək hazırlıq vəziyyətinə gətirildi
- 16-06-2020 09:44 Ermənistan atəşkəsi 26 dəfə pozdu
- 15-06-2020 09:23 Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub
- 13-06-2020 09:29 Atəşkəs rejimi 21 dəfə pozulub
- 12-06-2020 09:35 Atəşkəs rejimi snayper tüfənglərindən də istifadə etməklə 22 dəfə pozulub
- 11-06-2020 14:35 ABC News: ABŞ Rusiya hərbi təyyarələrinin iki qrupunu Alyaskanın sahilində hədəfə alıb
- 11-06-2020 09:28 Atəşkəs rejimi 23 dəfə pozulub
- 10-06-2020 12:27 Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər - VİDEO
- 10-06-2020 09:29 Düşmən atəşkəsi 24 dəfə pozdu
- 09-06-2020 10:07 ABŞ-da F-35A qırıcısının eniş zamanı şassisi sınıb
- 09-06-2020 09:28 Düşmən atəşkəsi pulemyotlarla 25 dəfə pozub
- 08-06-2020 12:49 Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
- 08-06-2020 10:33 KİV: ABŞ təyyarədaşıyan gəmisi təlimlər üçün Yaponiyanı tərk edib
- 06-06-2020 09:30 Atəşkəs 24 dəfə pozuldu
- 05-06-2020 09:30 Ermənistan atəşkəs rejimini 25 dəfə pozub
- 04-06-2020 12:32 DSX və Hərbi Prokurorluq birgə məlumat yayıb
- 04-06-2020 09:15 Atəşkəs 22 dəfə pozulub