Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2019
18:35
Şücaətə görə” medalı hərbi pilot Rəşad Atakişiyevin ailəsinə təqdim olunub

“Şücaətə görə” medalı hərbi pilot Rəşad Atakişiyevin ailəsinə təqdim olunub.

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə baş çəkib.

FaktXəbər-in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Mərhum pilotun ailə üzvlərini qarşıdan gələn bayramlar münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən nazir müavini bildirib ki, R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra təltif olunduğu Azərbaycan Respublikasının “Şücaətə görə” medalı dekabrın 28-də bayram ərəfəsində polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim edilib.

Medalı təqdim etdikdən sonra general-leytenant R.Tahirov hərbi pilotun ailəsinin qayğıları ilə maraqlanıb və bayram hədiyyələri təqdim edib. R.Atakişiyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Dövlətimizin Başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Məqalədə : Rəşad Atakişiyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3609

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2673

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2086

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1806
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 00:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru