Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2019
14:56
Məzahir Pənahov: Sosial şəbəkədə yayılan bəzi məlumatlar araşdırılır

Mərkəzi Seçki Komissiyasına seçki proseduru ilə bağlı rəsmi şikayət daxil olmayıb. Amma sosial şəbəkələrdə bununla bağlı bəzi məlumatlar var və həmin məlumatlar araşdırılır.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, Neftçalada 61 saylı Seçki Dairəsinin 33 saylı seçki məntəqəsinə polis dəvət edilib:

"Məntəqə bununla bağlı dairə seçki komissiyasına müraciət edib. Əgər komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq polisin müdaxiləsinə ehtiyac olduğu barədə qərar verərsə, polis məntəqəyə daxil ola bilər. Biz indi bu halı araşdırırıq. Bizə verilən məlumata görə, bütün qanuni addımlar atılıb, buna baxmayaraq, özümüz də araşdırma aparırıq. Cəmiyyətin diqqətini cəlb edən belə məsələlər olduqda biz əraziyə öz nümayəndəmizi göndərərək hadisə yerində araşdırma aparırıq. Digər bir halın Sabunçuda olduğu deyilir. Oradan verilən məlumatlarda belə təəssürat formalaşdırır ki, ərazidə qeydiyyatda olmayan şəxslər səs verirlər. Amma qanunvericilik baxımından bu, tamamilə əsası olmayan iddiadır".

M.Pənahov əlavə edib ki, Seçki Məcəlləsinin tələbinə görə, vətəndaş son 6 ayda yaşadığı ərazi üzrə siyahıya daxil edilir. Seçici siyahısına daxil edilmə üçün vətəndaşın harada qeydiyyatda olmağındansa, onun harada yaşaması daha vacibdir:

"Çünki indi yüz minlərlə insan qeydiyyatda olmadığı ərazidə yaşayır. Seçki Məcəlləsinin də tələbi budur və dünya praktikasında da bu tələb əsas götürülür. Amma seçicinin adı seçici siyahısında yoxdursa və o həmin məntəqədə səs veribsə, bu, artıq araşdırılmalıdır".

Məqalədə : Məzahir Pənahov MSK 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
370

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
708
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 19:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru