Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2019
10:59
FHN: Bu il yol qəzalarında və yanğınlarda 121 nəfərin meyiti çıxarılıb

2019-cu ilin 11 ayı ərzində müxtəlif qəza və köməksiz vəziyyətdə olan insanların xilas edilməsi, yanğından mühafizə, su hövzələrində xilasetmə və digər məsələlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ümumilikdə 95 minə yaxın zəng daxil olub.

FHN-dən FaktXəbər-ə verilən məlumata görə, 11 ay ərzində respublikada 15638, o cümlədən Bakı şəhərində 4266 yanğın hadisəsi qeydə alınıb. Onlardan 21 yanğın hadisəsi yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 47 yanğın hadisəsinə çıxış qeydə alınıb, hər 6 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib. Əməkdaşların şücaəti səyəsində ümumilikdə 1472 hektara yaxın taxıl zəmisi, həmçinin, 400 min kvadratmetrdən artıq tikili sahəsi yanğından mühafizə olunub, meşəlik ərazilərdə baş vermiş yanğınlar Aviasiya dəstəsinin təyyarə və helikopterləri, Mülki müdafiə qoşunları və regional mərkəzlərin qüvvələri cəlb edilməklə geniş ərazilərə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin edilib.

Ümumilikdə, yanğınların söndürülməsi zamanı 86 dövlət obyekti, 323 özəl obyekt, 346 çoxmənzilli bina, 526 fərdi ev, 480 yardımçı tikili, 276 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1030 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

Həmçinin, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 50 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 74 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən xilas edilib, həlak olmuş 40 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

Nazirliyin xüsusi riskli xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, təhlükəli meteoroloji hadisələr, intihara cəhdin qarşısının alınması, mənzilə qaz sızması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 1392 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 467-si uşaq olmaqla 1584 nəfər zərərçəkmiş xilas olunub, 35 nəfər zərərçəkmişə ilkin yardım göstərilib. Həmçinin, 81 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən və bağlı qapı arxasından çıxarılıb.

Bundan başqa, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində boğulma təhlükəsi ilə üzləşən 138 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 123 nəfər olmaqla cəmi 261 nəfər vətəndaş xilas edilib.

Məqalədə : FHN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4243

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2949

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2370

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1990
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 16:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru