Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2019
11:39
“Nar” şirkəti fırıldaqçılarla bağlı abunəçilərinin müraciət edib

"Nar" şirkəti abunəçilərinə müraciət edib. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, bəzi fırıldaqçılar bank kartlarından pul oğurlayan oyun saytı qurublar. Müraciətdə deyilir:

"Hörmətli abunəçilər, diqqətinizə çatdırmaq istəyirik ki, “Nar” adından istifadə edib bank kartlarından pul oğurlayan fırıldaqçı oyun saytı aşkarlanıb. İstifadəçilər müxtəlif vebsaytlardan oyun səhifəsinə yönləndilir və onlara smartfon uduşu vəd olunur. Bildiririk ki, “Nar” mobil operatorunun 3-cü tərəflərin yaratdığı bu fırıldaqçı saytla heç bir əlaqəsi yoxdur. 

Mobil operator şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini hər zaman spam xarakterli qoşulmalardan qoruyur. Arzuolunmaz SMS göndərişləri, vebsəhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün “Nar”, bu cür xidmətlər göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir. 

Abunəçiləri diqqətli olub şəxsi və kart məlumatlarını paylaşmamağa və yalnız Nar-ın rəsmi veb-saytında – https://www.nar.az/və sosial şəbəkə profillərində keçirilən müsabiqələrə qatılmağa çağırırıq."

Məqalədə : Nar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
441

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
506

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
495

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
66330

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
789

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
622
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2020 05:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru