Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2019
17:40
AFFA bir neçə futbolçunun fəaliyyətinə qadağa qoyub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

FaktXəbər-in verdiyi xəbərə görə, AFFA-nın İntizam Komitəsinin qərarına əsasən, birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

Turan Tovuz (I Divizion)

1.Qocayev Sənan – futbolçu

2. Rüstəmov Misir – futbolçu

3. Bağırov Emin – futbolçu

4. Sadıqov İlkin – futbolçu

5. Məmmədov Rüfət – futbolçu

6. Tağıyev Eltay – futbolçu

7. Quluzadə Şahin – futbolçu

Ağsu (I Divizion)

1. Kərimov Rəşad – İcraçı direktor

2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi

3. Hacıyev Ənvər – klubun işçisi

4. Əliyev Ramil – futbolçu

5. İbrahimov Vüsal – futbolçu

6. Əmrahov Qalib – futbolçu

7. Əliyev Elçin – futbolçu

8. Əliyev Məhəmməd – futbolçu

9. Həşənov Şamo – futbolçu

10. Mirzaliyev Ruslan – futbolçu

11. Quliyev Orxan – futbolçu

12. Rəhimov Fərrux – futbolçu

13. Həşimov Elçin – futbolçu

14. Babayev Malik – futbolçu

15. Kərimov Ramil – futbolçu

16. Mustafayev Vüsal – futbolçu

17. Məmmədov Kənan – futbolçu

Zirə (I Divizion)

1. Əliyev Səbuhi – futbolçu

Uğur FK (region liqası)

1. Məhərrəmov Cəmşid – futbolçu

Ağsu Siti (region liqası)

1. Alhüseynli Tuqay – futbolçu

Alyans FK (region liqası)

1. Rəhimli Cəmil – futbolçu

Qeyd edək ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Məqalədə : AFFA FUTBOL 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu ərazilərində su olmayacaq

22

Yanvar
11:28
ÖLKƏ
244

“Barbos” bu dəfə silahla saxlanılıb

22

Yanvar
10:50
HÜQUQ,HADİSƏ
213

Bakıda lift quraşdıran qəza nəticəsində ölüb

22

Yanvar
10:43
HÜQUQ,HADİSƏ
233

Qarabağada erməni əsgəri ölüb

22

Yanvar
09:46
HƏRB
352

Ağac kəsən şirkət cərimələnib

22

Yanvar
09:38
ÖLKƏ
290

Xarici valyutaların manata qarşı məzənnələri

22

Yanvar
09:19
İQTİSADİYYAT
297

Axtarışda olan 34 nəfər saxlanılıb

22

Yanvar
09:17
HÜQUQ,HADİSƏ
327
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 13:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru