Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2019
17:17
Sərnişin qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək

Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən FaktXəbər-ə verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən ölkədaxili sərnişin qatarlarının yolda olma müddəti isə 50 dəqiqə azaldılıb.

Məlumata əsasən, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən 38/37 nömrəli beynəlxalq sürət qatarı Bakıdan saat 23-15-də (20-40 əvəzində) yola düşəcək. Tbilisiyə qatar saat 10-35-də (8-55 əvəzində) çatacaqdır. Tbilisidən saat 20-35-də yola düşərkən Bakıya saat 7-30-da (8-52 əvəzində) çatacaq. Sərnişinlərin sərhəd-nəzarət məntəqəsində erkən saatlarında yoxlamaların aparılmaması yeni hərəkət qrafikində nəzərə alınıb.

REKLAM

www.toyota.az

Daha ətraflı

Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən 666/665 nömrəli sərnişin qatarı yeni hərəkət cədvəlində 66/65 nömrəsi ilə sürət qatarı kimi hərəkət edəcək. Qatar Bakıdan saat 23-55-də (23-00 əvəzində) yola düşəcək. Böyük Kəsik stansiyasına qatar saat 8-55-də (8-50 əvəzində) çatacaq. Böyük Kəsik stansiyasından saat 21-40-da (20-20 əvəzində) yola düşərkən Bakıya saat 6-25-də-da (6-30 əvəzində) çatacaq.

Yeni hərəkət cədvəlində Rusiya Dəmir Yollarına məxsus olan 392/391 nömrəli Rostov-Bakı-Rostov sərnişin qatarının tərkibində əlavə olaraq  Novorossiysk-Bakı-Novorossiysk və Mahaçqala-Bakı-Mahaçqala qoşma vaqonları hərəkət edəcək.

Məqalədə : Sərnişin qatarları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
539

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
368

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
338

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
320

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
312

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
403
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 16:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru