Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2019
16:49
İstirahət günlərinin hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz olacağı, lakin dekabrın 8-də axşam bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-3, gündüz 5-7 dərəcə isti olacaq.

Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz, lakin dekabrın 8-də axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşam yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikasının hava şəraiti əsasən yağmursuz olacaq. Lakin dekabrın 8-də gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.

Paytaxt qonaqlarının nəzərinə isə çatdırırıq ki,hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 10-13 dərəcə isti olacaq.

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu ərazilərində su olmayacaq

22

Yanvar
11:28
ÖLKƏ
224

“Barbos” bu dəfə silahla saxlanılıb

22

Yanvar
10:50
HÜQUQ,HADİSƏ
197

Bakıda lift quraşdıran qəza nəticəsində ölüb

22

Yanvar
10:43
HÜQUQ,HADİSƏ
207

Qarabağada erməni əsgəri ölüb

22

Yanvar
09:46
HƏRB
326

Ağac kəsən şirkət cərimələnib

22

Yanvar
09:38
ÖLKƏ
275

Xarici valyutaların manata qarşı məzənnələri

22

Yanvar
09:19
İQTİSADİYYAT
287

Axtarışda olan 34 nəfər saxlanılıb

22

Yanvar
09:17
HÜQUQ,HADİSƏ
312
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 12:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru