Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2019
18:30
Əfqanıstanda kasıblara kömək edən Yaponiyalı həkim öldürülüb

FaktXəbər-in verdiyi məlumata görə, Əfqanıstanın Nənqəhar vilayətində silahlı hücum baş verib. Hadisə zamanı həyatını Əfqanıstandakı yoxsul ailələrə yardıma həsr edən Yaponiyalı həkim Tetsu Nakamuranında olduğu 6 nəfər öldürülüb.

Əfqanistan səlahiyyətlilərin verdiyi məlumata görə, Cəlilabad şəhərində "Peace Medical Service" (PMS) adlı Yapon yardım təşkilatında işləyənlərin maşınına silahlı hücum olub.

Əfqanıstan prezidenti Əşrəf Qəninin sözcüsü Siddiq Siddiqi Nakamura haqqında "Həyatını insanlarımıza kömək etməyə və əməkdaşlıq etməyə həsr edib.", deyə bildirib.

Nənqahar valisi sözcüsü Ataullah Hogyani, Nakamuranın sinəsindən yaralandığını, xəstəxanaya gedərkən vəfat elədiyini bildirib. Hogyani hücumda 3-ü təhlükəsizlik qüvvələri olmaqla 5 əfqanın da öldüyünü bildirib.

Qeyd edək ki, 73 yaşlı Tetsu Nakamura 1984-cü ildən bəri Pakistan və Əfqanıstanda yaşayıb. Pakistanın Pişəvər şəhərində cüzam xəstələrini müalicə edərək, ərazidə işləməyə başlayıb. 2003-cü ildə Asyanın Nobel mükafatı olaraq bilinən "Filippin Ramon Magsaysay" mükafatını sülh və beynəlxalq anlayış üçün alıb.

Nakamura öz media səhifəsində Amerikanın işğalına qarşı çıxaraq "Zorakılığın demokratiya və müasirlik üçün lazım olduğunu inanmıram. Bəşəriyyət üçün həqiqi xoşbəxtlik, zorakılıq və pulla deyil, insan kimi həyata keçməlidir"

Məqalədə : Tetsu Nakamura 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rayonda 135 küçə asfaltlanıb

29

Yanvar
10:42
NƏQLİYYAT
279

Ötən gün yol qəzalarında dörd nəfər ölüb

29

Yanvar
09:45
HÜQUQ,HADİSƏ
330

Atəşkəs 22 dəfə pozulub

29

Yanvar
09:37
HƏRB
260

Xarici valyutaların manata qarşı məzənnələri

29

Yanvar
09:10
İQTİSADİYYAT
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 12:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru