Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2019
12:20
Bu il sığorta şirkətlərindən 570.5 mln. manat məbləğində sığorta haqqı toplanıb

FaktXəbər-in verdiyi məlumata görə, sığorta sektorunun maliyyə dayanıqlığının artırılması, habelə sığorta bazarının inkişafı istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib.

Palatadan verilən məlumata görə, sığorta xidmətlərinə etimadın artırılması və sığorta infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər nəticəsində 2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 570.5 mln. manat məbləğində sığorta haqqı toplanıb, 225.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 387 mln. manat, ödənişlər isə 159.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 183.5 mln. manat, ödənişlər isə 65.8 mln. manat olub.

2019-cu ilin yanvar-oktyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.8%-i könüllü, 32.2%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.8%-i könüllü, 29.2%-i icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 4% və ya 7.4 mln. manat, icbari növlərində isə 7% və ya 9 mln. manat olmaqla sığorta haqlarının artımı davam edir. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə olub. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9.9 mln. manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 25% və ya 5.7 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 28% və ya 1.7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası 5% və ya 0.5 mln. manat) artım özünü göstərməkdədir.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% və ya 17.1 mln. manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri daşınmaz əmlakın icbari sığortası (20% və ya 5.1 mln. manat artım), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (4% və ya 3.5 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1 mln. manat artım) növləri olub.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 27% (8 mln. manat) artım olub.

Keçən ilin 10 ayı ilə müqayisədə ödənişlərdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.8 mln. manat və həyatın yaşam sığortası 2.6 mln. manat artım olub. Azalma isə əsasən ümumi mülki məsuliyyətin sığortası (0.8 mln. manat), hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (0.5 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (1.8 mln. manat) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyBu il sığorta şirkətlərindən 570.5 mln. manat məbləğində sığorta haqqı toplanıb

FaktXəbər-in verdiyi məlumata görə, sığorta sektorunun maliyyə dayanıqlığının artırılması, habelə sığorta bazarının inkişafı istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib.

Palatadan verilən məlumata görə, sığorta xidmətlərinə etimadın artırılması və sığorta infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər nəticəsində 2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 570.5 mln. manat məbləğində sığorta haqqı toplanıb, 225.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 387 mln. manat, ödənişlər isə 159.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 183.5 mln. manat, ödənişlər isə 65.8 mln. manat olub.

2019-cu ilin yanvar-oktyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.8%-i könüllü, 32.2%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.8%-i könüllü, 29.2%-i icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 4% və ya 7.4 mln. manat, icbari növlərində isə 7% və ya 9 mln. manat olmaqla sığorta haqlarının artımı davam edir. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə olub. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9.9 mln. manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 25% və ya 5.7 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 28% və ya 1.7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası 5% və ya 0.5 mln. manat) artım özünü göstərməkdədir.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% və ya 17.1 mln. manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri daşınmaz əmlakın icbari sığortası (20% və ya 5.1 mln. manat artım), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (4% və ya 3.5 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1 mln. manat artım) növləri olub.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 27% (8 mln. manat) artım olub.

Keçən ilin 10 ayı ilə müqayisədə ödənişlərdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.8 mln. manat və həyatın yaşam sığortası 2.6 mln. manat artım olub. Azalma isə əsasən ümumi mülki məsuliyyətin sığortası (0.8 mln. manat), hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (0.5 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (1.8 mln. manat) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.indən asılı olaraq dəyişib.

Məqalədə : Sığorta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu ərazilərində su olmayacaq

22

Yanvar
11:28
ÖLKƏ
214

“Barbos” bu dəfə silahla saxlanılıb

22

Yanvar
10:50
HÜQUQ,HADİSƏ
181

Bakıda lift quraşdıran qəza nəticəsində ölüb

22

Yanvar
10:43
HÜQUQ,HADİSƏ
202

Qarabağada erməni əsgəri ölüb

22

Yanvar
09:46
HƏRB
326

Ağac kəsən şirkət cərimələnib

22

Yanvar
09:38
ÖLKƏ
275

Xarici valyutaların manata qarşı məzənnələri

22

Yanvar
09:19
İQTİSADİYYAT
287

Axtarışda olan 34 nəfər saxlanılıb

22

Yanvar
09:17
HÜQUQ,HADİSƏ
312
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 12:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru