Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2019
14:07
Pavel Durov: WhatsApp-ı telefonlarınızdan silin...

“Telegram” messencerinin əsasını qoyan Pavel Durov mobil telefon istifadəçilərini öz telefonlarından “WhatsApp” messencerini silməyə çağırıb.

“Forbes” xəbər verir ki, Durov belə bəyanatla WhatsApp proqramında növbəti dəfə “əlçatanlıq” aşkar edilməsindən sonra çıxış edib.

Pavel Durovun bildirdiyinə görə, əgər istifadəçilər fotoşəkillərinin və yazışmalarının başqalarının əlinə keçməsini istəmirsə o zaman telefonlarından WhatsApp-ı silməlidir. Çünki WhatsApp daim istifadəçilərin yazışmalarını, hərəkətlərini, fotoşəkillərini izləmək üçün “Troya atı” kimi istifadə edilir. Hətta istifadəçilər WhatsApp üzərindən yazışmasalar belə.

“Bu istifadəçilərin nəyinə lazımdır? Facebook hələ WhatsApp-ı almazdan əvvəl casus proqramlarında iştirak edib. Şirkətin sövdələşmədən sonra öz siyasətini dəyişdiyini düşünmək sadəlövhlük olardı”,-Durov deyib.

Durov WhatsApp-ın əsasını qoyan Brayan Ektonun ötən il “Forbes” jurnalının ABŞ redaksiyasına müsahibəsini də xatırladıb. Ekton deyib ki, Facebook öz istifadəçilərinin konfidensiallığını “böyük pullar əvəzində” satıb.

Qeyd edək ki, bu günlərdə Hindistanın kibertəhlükəsizliklə məşğul olan CERT-İn agentliyi WhatsApp proqramında istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə imkan verən əlçatanlıq aşkar edib. Məlum olub ki, hakerlər WhatsApp üzərindən istifadəçiyə MP4 formatda fayl göndərməklə onun telefonuna casus proqramını yükləyə bilər.

Bundan əvvəl də WhatsApp proqramının bir sıra ölkələrdə hüquq müdafiəçilərini və jurnalistləri təqib etmək üçün istifadə edildiyi müəyyən olunmuşdu. Bəlli olmuşdu ki, əgər istifadəçinin telefonunda WhatsApp varsa onun istənilən hərəkətini, yazışmalarını, telefon danışıqlarını izləmək mümkündür./Virtualaz

Məqalədə : WhatsApp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rayonda 135 küçə asfaltlanıb

29

Yanvar
10:42
NƏQLİYYAT
294

Ötən gün yol qəzalarında dörd nəfər ölüb

29

Yanvar
09:45
HÜQUQ,HADİSƏ
335

Atəşkəs 22 dəfə pozulub

29

Yanvar
09:37
HƏRB
260

Xarici valyutaların manata qarşı məzənnələri

29

Yanvar
09:10
İQTİSADİYYAT
393
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 13:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru