Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2019
08:08
Noyabrın 21-i Ümumdünya Salamlaşma Günüdür

Hər il noyabrın 21-i Ümumdünya Salamlaşma Günü (World Hello Day) kimi qeyd olunur. "Qafqazinfo"nun məlumatına görə, inun əsas məqsədi ictimaiyyətin diqqətini sülhün qorunması üçün fərdi ünsiyyətin vacibliyinə yönəltməkdir. Çünki praktiki olaraq istənilən münaqişəni güc tətbiq etmədən, yalnız xoş ünsiyyət vasitəsi ilə həll etmək mümkündür.

Salamlaşma bayramını Maykl və Brayen Makkomak adlı iki amerikalı qardaş 1973-cü ildə soyuq müharibənin ən qızğın vaxtlarında, Misirlə İsrail arasında gedən münaqişəyə cavab olaraq fikirləşib. Bu bayram beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti kimi vacib idi. 

“Sadə, lakin effektiv əməlin vacibliyini” düşünən qardaşlar dünyanın bütün guşələrinə səmimi salamlaşma məktubları göndərir. Onlar bütün dünyada sülh və beynəlxalq gərginliyin azaldılması uğrunda öz mübarizələrini heç kimə zorla qəbul etdirmirdilər. Ünvan sahibindən yalnız daha kimisə, heç olmasa 10 nəfəri salamlamaq xahiş olunurdu. Bu ideya 180-dən çox ölkədə dəstək qazanır. Həmin vaxtdan etibarən Ümumdünya Salamlaşma Günü bütün yaşda olan insanlar və peşə sahibləri, həm böyük siyasi liderlər və sənaye maqnatları, həm də məşhur kino və televiziya xadimləri tərəfindən qeyd edilir.

Məqalədə : World Hello Day 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 70 dolları keçdi

13

Dekabr
23:23
İQTİSADİYYAT
208

Daşkəsəndə 38 yaşlı şəxs özünü yandırdı

13

Dekabr
21:37
HÜQUQ,HADİSƏ
234

Qubada məktəb binası yandı

13

Dekabr
19:20
ÖLKƏ
262

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
350
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 08:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru