Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2019
12:15
Dietoloq bir-biri ilə `yola getməyən` qida birləşmələrindən danışdı

Bəzi məhsulların adət etdiyimiz məşhur birləşmələri düşündüyümüz qədər faydalı olmaya bilər. FaktXeber.com-un verdiyi məlumata görə, bunu endokrinoloq-nutritionist, tibb elmləri namizədi Ekaterina İvannikova "Komsomolskaya Pravda"ya açıqlamasında deyib.

Mütəxəssisə görə, kakaoya süd yerinə su əlavə olunmalıdır. Bunun səbəbi, kakao dənəsində olan oksalik turşusu kalsiumun mənimsənilməsinə maneə törətməsidir.

İvannikova eyni zamanda urolitiyaz (böyrəklərdə və sidik yollarında lokallaşdırılmış sərt kristal daşlar) xəstələri üçün "kakao və süd" birləşməsindən çəkinməyə çağırdı, çünki süd yağı kakao oksalatının udulmasını artırır - bunlar xəstəliyin əsas səbəbidir.

Doktor, ağ çörəklə mürəbbə, ya cem birlikdəliyindən çəkinməyi də tövsiyə edir, çünki sürətli karbohidratların ikiqat porsiyası qan şəkərində kəskin bir atışa səbəb olur.

İvannikova kəpəklərin südlə birlikdə istifadəsinə də qarşı çıxıb, çünki onların tərkibində fitik turşusu var, hansı ki, kalsiumla birləşdikdə həll olunmayan birləşmələr əmələ gəlir.

Bundan əlavə, bəslənmə mütəxəssisi toyuğun qaraciyərlə birlikdə yeyilməməsini məsləhət gördü. Bunu sink və B9 vitamininin bir-birinin həzminə mane olması ilə izah etdi.

Ən zərərli birləşmə pizza və qazlı içəcək sayıldı.

"Belə bir dəstdə olan karbohidratlar, zülallar və trans yağların birləşməsi orqanizmdən həzm üçün çox enerji tələb edir. Soda ilə şəkər mədənin fəaliyyətini maneə törədir", deyə o bəyan edib. Onun sözlərinə görə, belə bir yeməkdən sonra ağırlıq və şişkinlik hissi görünə bilər.

Bundan əlavə, qazlı su və pizza yalançı aclıq hissini artırır, qan şəkərinin səviyyəsi təhlükəli hədlərə çatır. Bu, İvannikova görə gərginlik hissinə səbəb ola bilər və yuxunun qarşısını alır.

Məqalədə : Dietoloq dieta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
947

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
330

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
631
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2019 06:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru