Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2019
15:22
FHN: Bu il 203 binaya müsbət rəy verilib

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.

FHN-dən FaktXəbər-ə verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində ötən 8 ay ərzində ümumi sahəsi 3434051 m2 olan 34103 mənzilli, ümumilikdə 620 girişli 203 binaya (kompleksə) dair müsbət rəy verilib. 194-ü Bakı şəhəri, 5-i Abşeron rayonu, 3-ü Gəncə şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Gəncə Şəhər, Abşeron və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədi ilə cari ilin 19 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. İclasda Fərmandan irəli gələn məsələlərin icra vəziyyəti müzakirə olunub, ötən dövr ərzində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.

Məqalədə : FHN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanvarın 29-na manatın məzənnəsi

28

Yanvar
17:35
İQTİSADİYYAT
205

Rusiyanın Liviya planı: 5+5

28

Yanvar
16:19
DÜNYA
369

Putin Vahid Ələkbərovla görüşəcək

28

Yanvar
15:54
DÜNYA
260

Bakıda torpağın qiyməti bahalaşıb

28

Yanvar
15:50
İQTİSADİYYAT
358

Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi

28

Yanvar
15:40
HÜQUQ,HADİSƏ
264

Su sayğaclarını oğurlayanlar ələ keçib

28

Yanvar
15:28
HÜQUQ,HADİSƏ
267

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

28

Yanvar
14:37
HÜQUQ,HADİSƏ
251

Qətər baş naziri istefa verib

28

Yanvar
14:27
DÜNYA
266
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 22:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru