
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.
Bu barədə Faktxeber.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Bu münasibətlə təşkil olunan təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib.
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanıb, bu istiqamətdə sərhəd infrastrukturunun yaradılması üzrə həyata keçirilən geniş miqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxribatlarına baxmayaraq sərhəd döyüş mövqelərinin təkmilləşdirilməsi üzrə görülən işlər haqqında məlumat verilib, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olmaları bildirilib.
Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.
Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifl edilib.
Çıxışlarda sərhədçilərin yerli əhali, ictimaiyyət nümayəndələri ilə əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynaması, icra hakimiyyəti, prokurorluq, dövlət təhlükəsizliyi və daxili işlər orqanları ilə sıx əməkdaşlığın, Müfadiə Nazirliyinin hərbi hissələri ilə qarşılıqlı fəaliyyətin dövlət sərhədlərimizin mühafizəsinin daha da gücləndirilməsinə xidmət etməsi xüsusi qeyd olunub.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissə kompleksinə baxış keçirilib. Hərbi hissədə xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissə kompleksində xidməti və yaşayış binaları, tibb məntəqəsi, idman zalı, təminat binaları, su rezervuarları inşa olunub.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.
Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun05-06-2020 14:37 DSX Ermənistan Müdafiə Nazirliyinə cavab verdi
04-06-2020 12:32 DSX və Hərbi Prokurorluq birgə məlumat yayıb
19-05-2020 15:43 Məhkəmə DSX-nin həbs edilən polkovnikinin şikayətini təmin etmədi
15-05-2020 16:29 DSX-nin generalı məhkəməyə gətirildi
06-03-2020 11:26 DSX: Ermənistan sərhəddə təxribat törədib
24-02-2020 15:38 DSX rəisi koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib
- 25-06-2020 14:34 Prezident “N” saylı hərbi hissəsinin açılışında olub
- 19-06-2020 11:15 Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub - VİDEO
- 19-06-2020 09:13 Atəşkəs 22 dəfə pozulub
- 18-06-2020 10:10 Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
- 17-06-2020 09:40 Ermənistan atəşkəsi 24 dəfə pozdu
- 16-06-2020 17:04 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib
- 16-06-2020 15:55 Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
- 16-06-2020 15:34 Çin və Hindistan əsgərləri arasında atışma: ölənlər var
- 16-06-2020 13:48 Cənubi Koreya qoşunları yüksək hazırlıq vəziyyətinə gətirildi
- 16-06-2020 09:44 Ermənistan atəşkəsi 26 dəfə pozdu
- 15-06-2020 09:23 Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub
- 13-06-2020 09:29 Atəşkəs rejimi 21 dəfə pozulub
- 12-06-2020 09:35 Atəşkəs rejimi snayper tüfənglərindən də istifadə etməklə 22 dəfə pozulub
- 11-06-2020 14:35 ABC News: ABŞ Rusiya hərbi təyyarələrinin iki qrupunu Alyaskanın sahilində hədəfə alıb
- 11-06-2020 09:28 Atəşkəs rejimi 23 dəfə pozulub
- 10-06-2020 12:27 Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər - VİDEO
- 10-06-2020 09:29 Düşmən atəşkəsi 24 dəfə pozdu
- 09-06-2020 10:07 ABŞ-da F-35A qırıcısının eniş zamanı şassisi sınıb
- 09-06-2020 09:28 Düşmən atəşkəsi pulemyotlarla 25 dəfə pozub
- 08-06-2020 12:49 Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
- 08-06-2020 10:33 KİV: ABŞ təyyarədaşıyan gəmisi təlimlər üçün Yaponiyanı tərk edib
- 06-06-2020 09:30 Atəşkəs 24 dəfə pozuldu
- 05-06-2020 09:30 Ermənistan atəşkəs rejimini 25 dəfə pozub
- 04-06-2020 12:32 DSX və Hərbi Prokurorluq birgə məlumat yayıb
- 04-06-2020 09:15 Atəşkəs 22 dəfə pozulub