Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2019
16:49
Zakir Həsənov HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, oktyabrın 15-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ölkənin hava məkanına nəzarətin gücləndirilməsi və hava hədəflərinin vaxtında aşkar edilməsi üçün nəzərdə tutulmuş HHQ-nin ən müasir çoxməqsədli Radiolokasiya stansiyasının (RLS) idarəetmə məntəqəsinin açılışında iştirak ediblər.

RLS-in idarəetmə məntəqəsində quraşdırılan müasir avadanlıq və texniki vasitələrin taktiki-texniki xassələri ilə maraqlanan Müdafiə nazirinə məruzə edilib ki, burada yaradılan infrastruktur döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi üçün geniş imkanlar yaradıb. Bildirilib ki, RLS həm stasionar, həm də taktiki şəraitdən asılı olaraq mobil qaydada istifadə edilə bilər.

Qeyd olunub ki, İspaniya istehsalı olan və NATO standartlarına cavab verən bu RLS Alyans ölkələrinin ordularının silahlanmasında da yer alıb.

RLS-in texniki imkanlarının nümayişi zamanı bildirilib ki, radiolokasiya vasitələri təyyarə, helikopter, pilotsuz uçuş aparatı və qanadlı raketlər kimi aerodinamik hava obyektlərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müşayiətə götürülməsini təmin edir.

Sonra Müdafiə naziri müvafiq infrastrukturla təmin edilmiş ərazidə yerləşən qərargah, əsgər yataqxanası, yeməkxana, əşya anbarı, tibb məntəqəsi, camaşırxana, qazanxana, xidməti və inzibati otaqlar, eləcə də digər qurğu və avadanlıqlara baxış keçirib.

Məruzə olunub ki, burada yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında duran vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan verir.

Məqalədə : Zakir Həsənov HHQ RLS 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53575

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51733

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53213

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52913

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58278

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52546

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52947
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 17:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru