Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
16:45
Məcburi köçkünlərin `Qobu Park-2`yə köçürülməsinə başlanılıb

Bakının Qaradağ rayonunda salınan və oktyabın 8-də rəsmi açılışı olan “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, kompleksdəki tam təmirli mənzillərə paytaxtın müxtəlif ərazilərində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Bu məqsədlə Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında püşkatma keçirilib. Püşkatmada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələri, KİV təmsilçiləri, ictimai fəallar iştirak ediblər.

Tədbirdə məcburi köçkünlərin mənzil-məişət probleminin həlli istiqamətində dövlətimizin gördüyü işlərdən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə həssaslıqla yanaşır.

Bu il aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub və müraciətlərini dinləyib. Birinci vitse-prezidentin yataqxanaya gəlişinin buradakı məcburi köçkünlərin yaşayış probleminin həll olunması məqsədi daşıdığını bildirib və onlara çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqlarını deyib.

Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, “Qobu Park-2” yaşayış kompleksində hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.

Püşkatma mərasimində iştirak edən məcburi köçkünlər bundan sonra hər cür şəraiti olan, yeni və rahat mənzillərdə yaşayacaqları üçün çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, təməli ötən ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksində, ümumilikdə, 10 mərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub. Kompleksin ərazisində inşa olunan məktəb binası 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb. 220 yerlik uşaq bağçası da lazımi inventarla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün imkanlar var. Sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan kompleksdə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Buradakı mənzillərdən 120 ədədi - 1 otaqlı, 472 ədədi - 2 otaqlı, 528 ədədi 3 otaqlı və 180 ədədi 4 otaqlıdır.

Məqalədə : Qobu Park-2 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
716

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
557

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
828

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
604

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
611
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 09:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru