Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
11:29
“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu

Ölkədə elm və təhsilin inkişafına, xüsusən də informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsinə önəm verən “Nar”, “ADA” Universiteti ilə əməkdaşlığını davam etdirir. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, bu dəfə mobil operator akademik göstəricilərinə görə fərqlənən tələbələrə təqaüdlər verib. Oktyabrın 10-da “ADA”-da keçirilən  “Akademik Mükəmməllik Günü”ndə Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan  “Lütfi Zadə” adına təqaüdü qazananların adları açıqlanıb. Qeyd edək ki,  tələbələr növbəti semestrin təhsil haqqına 100% güzəşt əldə edirlər. 

“Nar” və “ADA” Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında “ADA” Universiteti Fondu ilə əməkdaşlıq, Universitetin  tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, ADA ixtisasartırma proqramlarına “Nar” əməkdaşlarının cəlb edilməsi də mövcuddur.

Ölkənin ən gənc mobil operatoru “Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Məqalədə : Nar ADA təqaüd 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vilayət Eyvazov mayora yeni vəzifə verdi

11

Dekabr
12:10
HÜQUQ,HADİSƏ
209

Bakı Şəhər Baş Polis İdarəsi məlumat yaydı

11

Dekabr
11:16
HÜQUQ,HADİSƏ
225

Suriyada döyüşən azərbaycanlılara hökm oxunub

11

Dekabr
11:09
HÜQUQ,HADİSƏ
224

Atəşkəs rejimi 21 dəfə pozulub

11

Dekabr
10:00
HƏRB
285

Rusiyaya aparılan inəklər ölkəyə buraxılmayıb

11

Dekabr
09:50
İQTİSADİYYAT
236

Neftin ucuzlaşması davam edir

11

Dekabr
09:15
İQTİSADİYYAT
296
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 12:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru