Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələr daim inkişaf edir, eyni zamanda əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi diqqətdə saxlanılır.
FaktXeber.com-un verdiyi məlumatına görə, bu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tehranda İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşündə vurğulanıb. Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin və qarşılıqlı rəsmi səfərlərinin Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etməsinə səbəb olduğu vurğulanıb. Azərbaycan və İran prezidentləri arasında son 5 ildə 12 görüş keçirildiyi, demək olar ki, hər il qarşılıqlı səfərlər etdikləri bildirilib. Ölkələrimizin ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığının inkişafından bəhs olunub. Bu sahədə müsbət göstəricilərdən biri olaraq, 2018-ci ildə iki ölkə arasında ticarət döviyyəsinin 74 faiz artdığı qeyd edilib.
Eyni zamanda, investisiya əməkdaşlığının genişləndiyi, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın əlaqələrin inkişafında uğurlu fəaliyyəti vurğulanıb. Komissiyanın aidiyyəti istiqamətlərdə iki ölkənin qarşılıqlı faydalı əlaqələrinin genişlənməsi üçün apardığı mühüm işlər qeyd edilib, çoxsaylı əməkdaşlıq sənədlərinin imzalandığı vurğulanıb.
Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nailiyyətləri, sosial sahədə aparılan geniş miqyaslı islahatlar diqqətə çatdırılıb. Sosial islahatlar prosesində ayrı-ayrı ölkələrlə, həmçinin İranla fəal təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsinə önəmli töhfələr verəcəyi vurğulanıb.
Görüşdə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə, habelə əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Cəlilabadda xüsusi əməliyyat - Quldurluq edən şəxs saxlanıldı - FOTO
14
Dekabr
Seyid Həsən Nəsrullah: ABŞ Livandakı etirazlardan sui-istifadə etmək istəyir
14
Dekabr
Türkiyə hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib - FOTO
14
Dekabr
Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub
14
Dekabr
Növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb
14
Dekabr
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
14
Dekabr
Nadir Nəbiyev: "Bu gün komandasını satan sabah torpağını, millətini də satar"
14
Dekabr- 14-12-2019 19:21 Pompeo: "Hizbullaha qarşı təzyiq və sanksiyalar davam edəcək"
- 14-12-2019 16:38 Seyid Həsən Nəsrullah: ABŞ Livandakı etirazlardan sui-istifadə etmək istəyir
- 14-12-2019 15:48 Britaniyada Asanjın taleyi həll olur
- 14-12-2019 15:05 Keçmiş prezidentə 2 il həbs cəzası verildi
- 14-12-2019 14:35 Gürcüstanda Saakaşvilinin iqamətgahı satıldı - FOTO
- 14-12-2019 14:15 Taliban yaraqlıları hərbi bazaya hücum edib
- 14-12-2019 12:26 Facebook işçilərinin maaşları barədə məlumat olan disk oğurlanıb
- 14-12-2019 12:10 Şimali Koreya "böyük sınaq" elanı yaydı
- 14-12-2019 11:20 "Qayıdış haqqı" yürüşünün 84-cü cüməsində 5 yaralı
- 14-12-2019 10:40 “Xaç atası” filminin qanqster “Toni Rozato”su vəfat edib
- 13-12-2019 22:55 Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
- 13-12-2019 16:45 Rusiyanın sanksiyaları Gürcüstana 300 milyon dollar ziyan vurub
- 13-12-2019 16:00 Lukaşenko: "Nazirlərin hesabatından sonra yaşamaq istəmirəm"
- 13-12-2019 15:40 Türkiyə əlavə S-400 ala bilər - Ankaradan açıqlama
- 13-12-2019 14:55 Merkel ilə Makron AB sammitində sözləşib
- 13-12-2019 14:45 Argentina Moralesə sığınma haqqı verib
- 13-12-2019 14:30 Yer aralandı 3 maşın içinə düşdü - VİDEO
- 13-12-2019 14:00 Almaniyada dəhşətli partlayış olub: 25 yaralı
- 13-12-2019 13:45 İsrail etiraf edib: Fələstinli uşaqlar İsveçrəlilərə verilib
- 13-12-2019 13:29 Əhməd Davudoğlu yeni partiyasını elan edib
- 13-12-2019 13:18 Çinin ən nəhəng şirkətlərinin pulları tükənib
- 13-12-2019 12:28 Qorxunc statistika: Rusiya əhalisi 8 ayda 259 min azalıb
- 13-12-2019 11:41 İraqda güclü partlayış: on ölü
- 13-12-2019 10:45 Pentaqon qadağan olunmuş raketi sınadı - VİDEO
- 13-12-2019 10:21 ABŞ kosmosa çətənə göndərir