Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
15:11
Ölkədə 130 min 201 ton pambıq yığılıb

Oktyabrın 9-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 130 min 201 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Keçən il oktyabrın 9-dək 81 min 433 ton pambıq tədarük olunub.

Pambıq yığımında Saatlı (21 min 561 ton), Ağcabədi (14 min 184 ton), Bərdə (13 min 165 ton), Biləsuvar (12 min 527 ton) və Sabirabad (12 min 266 ton) rayonları irəlidədir.

Qeyd edək ki, pambıqçılıq kənd təsərrüfatının yüksək əməktutumluluğu ilə seçilən sahələrindən biridir. Ötən illə müqayisədə 2019-cu ildə 20 rayon üzrə pambıq əkən fermerlərin sayı 2373 nəfər artaraq, 18000 nəfərə çatıb.

Pambıqçılığın inkişafı yüngül sənayenin inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun artmasında da müsbət rol oynayır. Hazırda ölkəmizdə 23 pambıq zavodu, 7 iplik istehsalı fabriki, 3 pambıq yağı istehsalı müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə, pambıqçılığın inkişafı təxminən 200 mindən çox insanın əsas gəlir mənbəyini formalaşdırır

Məqalədə : pambıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8622

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7359

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8984

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8859

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13222

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8598
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-07-2020 18:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru