Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2019
15:23
583
Azərbaycanda 5G texnologiyasının tətbiq ediləcəyi tarix açıqlanıb

2025-ci ilə qədər MDB ölkələrində 5-ci nəsil kabelsiz mobil texnologiyaya (5G) qoşulanların sayı 54 milyon, mobil rabitə operatoplarının bu sahəyə yatırımları isə 27,3 milyard ABŞ dolları təşkil edəcək.

Bu barədə Mobil Rabitə Sistemlərinin Qlobal Asosiasiyasının (GSMA) “Mobil iqtisadiyyat: Rusiya və MDB 2019” adlı araşdırmasında bildirilir. 

Sənəddə qeyd olunur ki, yaxın 6 il ərzində 5G şəbəkəsinə qoşulmaların 13%-i adıçəkilən ölkələrin payına düşəcək. Bundan başqa, qarşıdakı 15 il ərzində MDB ölkələrinin iqtisadiyyatı 5G texnologiyaları hesabına 34 milyard dollar gəlir əldə edəcək. 

MDB ölkələri arasında 5G texnologiyasını 2020-ci ildən Belarus və Rusiyanın, 2021-ci ildə Qazaxıstanın, 2022-ci ildə isə Azərbaycanın tətbiq edəcəyi bildirilir. 

Bundan başqa, araşdırma müəllifləri hesab edir ki, 2025-ci ilə qədər MDB ölkələrində 4G texnologiyasına qoşulanların sayı 292 milyon olacaq. 2018-ci ildə bu rəqəm 101 milyon olub. 

2025-ci ildə MDB ölkələrində smartfon qoşulmalarının 330 milyondan artıq olacağı, bütövlükdə qoşulmaların 77%-ni (2018-ci ildə 57% olub) smartfonların payına düşəcəyi ehtimal olunur. Araşdırma müəlliflərinə görə, həmin vaxt əşyaların internetindən əldə ediləcək gəlir 26 milyard dollara çatacaq, mobil əşyalar internetinə qoşulmalar isə 3 dəfədən çox artaraq 87 milyon təşkil edəcək. Buna səbəb kimi “ağıllı şəhər”lərə, “ağıllı komunal xidmətlər”ə marağın artması göstərilir. 

Məqalədə : 5G 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
202

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
265

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
70

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
112

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
42

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
40

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
61
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 08:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru