Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2019
12:29
891
Yerli məmurlar `LEŞ TOFİQ`ləri niyə tanımır?

Bu oğlanı, daha doğrusu kişini tanıyırsınız?

"Leş Tofiq"dir.

Əsl adı Alıbəydir.

Bu adamı polis saxlayanda məlum oldu ki, onun və dəstəsinin Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərində 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti var.

40 ton belə deyəndə balaca rəqəm görünür. Amma nəzərə alsaq ki, bizlər evə ət alanda kiloqramla alırıq, onda bu rəqəmi 40 MİN KİLOQRAM yazsaq, vəziyyətin ciddiliyini başa düşərik. Aydındır ki, bu ət mağazalarda ət kimi satılmır. Çünki belə ətlər baxan kimi bilinir.

Bəs necə satılırmış?

Bax bu sualın cavabını restoranlarda bişirilən lülə kabablarda, kotletlərdə, mağazalarda satılan farşlarda axtarmaq lazımdır.

Məgər bütün ölkədə leş əti toplayan bu 3 nəfər idi?

Bu sualın da cavabını tapmaq üçün kəndlərdəki sahə müvəkkilərinə müraciət etmək lazımdır. Mümkün deyil ki, kənd, qəsəbə və ya rayonda kənd sakinləri ölmüş heyvan əti işinə kimin baxdığını bilə, amma sahə müvəkkili, icra nümayəndəsi, bələdiyyə sədri xəbərsiz ola. Əgər bu məmurlar öz vəzifələrinə daha məsuliyyətlə yanaşsalar, biz hələ "Leş Tofiq" adını çox eşidəcəyik. 

Aqil Mehdi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1006

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
58

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
85

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
300

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
331
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 15:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru