Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2019
15:04
Mais Ağayev: Bu qadın təkcə bir ayda 12 dəfə qayda pozub - FOTO

Bir neçə gün XəzərTV-nin aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə maşınını Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən cərimə meydançasına aparıldığını yazaraq, BNA-nı özbaşınalıqda ittiham etmişdi.

FaktXəbər-in məlumatına görə, Zümrüd Bədəlova, "Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar? Duxunuz çatırdı qabağındakı bahalı maşını da aparardınız. Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA – qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər!", - deyə yazmışdı.

Onun bu açıqlamasına BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev cavab verib. O, sosial şəbəkə istifadəçilərindən bilmədən ittiham etməməyi xahiş edib: "Əvvəlcə onu qeyd edim ki, adı çəkilən qadın bizi tənqid yox təhqir edib. Biz tənqidə açıq olmuşuq və bu belədə olacaq. Amma təhqir etmək olmaz. Həm də qeyri-etik ifadələrlə, qarğışla. Bu şəxs nəqliyyat vasitəsini Əziz Əliyev küçəsində saxlayıb, hərəkətə maneə yaradıb. Təxliyə zamanı nəqliyyat vasitələri bir-bir aparılır. Hələ bir neçə avtomobili eyni anda daşımaq mümkün deyil. Digər yandan, bu qadın təkcə bir ayda 12 dəfə qayda pozub."

Qeyd edək ki, bəzi media orqanlarında Zümrüd Bədəlovanın bu statusundan sonra XəzərTV-dən çıxarıldığı yazılıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

21

Yanvar
18:05
ELM / TƏHSİL
2183

Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

21

Yanvar
17:43
ELM / TƏHSİL
2064

Kriminal avtoritet “Osman Gəncinski” saxlanılıb

21

Yanvar
17:30
HÜQUQ,HADİSƏ
323

Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi

21

Yanvar
16:15
HÜQUQ,HADİSƏ
322

Şagirdlərin yerdəyişməsi dayandırlır

21

Yanvar
15:10
ELM / TƏHSİL
2591

Sumqayıtda cibgirlər saxlanılıb

21

Yanvar
15:02
HÜQUQ,HADİSƏ
278

Tağı Əhmədov bəzi deputatları tənqid edib

21

Yanvar
14:45
SİYASƏT
1806
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 04:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru