Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
15:08
446
DİM sədri xarici universitet müəlliminin tənqidlərinə münasibət bildirib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Kolumbiya Universitetinin müəllimi Amra Sabic-El-Rayessin IAEA 2019 tədbirində Azərbaycanda ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili olmamasına, hətta ali təhsili olan müəllimlərin belə dərs dedikləri fənn üzrə çox az bacarıqlara malik olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bununla bağlı jurnalistlərə açıqlamasında M.Abbaszadə ölkədə keçirilən imtahanlarda olan tələblərin müasir ingilis dilinin tələblərinə uyğun olmasının vacibliyinə toxunub.

O qeyd edib ki, şagirdlərin imtahan verdikdən sonra yenidən arxaik dildə danışmaları lazım deyil: "Azərbaycan gəncləri dünyada bilik əldə etmək üçün hansısa beynəlxalq dili yüksək səviyyədə bilməlidir. Hansısa gənc bunu edə bilirsə, ona iş yeri tapmaq daha asan olur. Hansısa dili öyrənmək üçün o dilin mühitində yaşamaq, o dildə olan ədəbiyyatları mütəmadi oxumaq, televiziyada həmin dildə olan verilişlərə baxmaq, o dili eşidib danışmaq lazımdır".

DİM sədri əlavə edib ki, sovet təhsil sistemində müəllimlər ali təhsil alan zaman onların bu cür bacarıqlar əldə etmək imkanı olmayıb: "Bəlkə də onların hansısa bacarıqları var, qrammatikanı bilirlər və belə təsəvvür edirlər ki, dili də bilirlər. Ancaq onların real bacarıqları beynəlxalq imtahanlarla yoxlanıldıqda kifayət qədər olmadığı müəyyən olunur. Bu da tələb edir ki, müəllimlər ilk növbədə təlimə cəlb edilsin. Çünki bu, çox vacibdir. Buna görə utanmaq lazım deyil".

"Bizə Sovet təhsil sistemindən çox şey, o cümlədən "Sovet English" tədris sistemi qalıb. Biz artıq təlim prosesini müasir ingilis dilinin tələblərinə uyğun olaraq qurmalıyıq. Təhsil həm orta, həm də ali məktəblərdə bu cür təşkil edilməlidir. 1990-cı illərdə orta məktəblərdə ingilis dilini ən yaxşı bilən müəllimlər neft şirkətlərinə işə qəbul olunublar və təhsil sistemindən uzaqlaşıblar. İndi də xarici dili yaxşı bilən gənc çox zaman məktəbə getmir və özü üçün başqa bir yerdə iş tapır. Bu təkcə Azərbaycanda deyil. İngilis dilini bilənlər üçün bütün Avropanın əmək bazarı açıqdır. Bizim üçün vacibdir ki, ingilis dilini bilmək kütləvi olsun. Heç olmasa hər bir vətəndaş heç olmasa bir müasir Avropa dilini yaxşı bilməlidir. Bu bizim gələcək üçün məqsədimizdir"- deyə o əlavə edib.

Məqalədə : Məleykə Abbaszadə DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ərbəin ziyarəti möminlik nişanəsidir

17

Oktyabr
10:09
MƏNƏVİYYAT
153

Xarici valyutaların manata qarşı məzənnələri

17

Oktyabr
09:56
İQTİSADİYYAT
33

Bakıda qardaş qardaşı bıçaqlayıb

17

Oktyabr
09:05
HÜQUQ,HADİSƏ
53

Neft yenidən ucuzlaşıb

17

Oktyabr
09:03
İQTİSADİYYAT
41

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
144

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
219

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
365
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 10:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru