Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
15:28
İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib

2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb.

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.

Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlığının yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil ediləcək.

Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialının inkişafı, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığının təmin edilməsidir.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Bakı şəhərində 18, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri ilə yanaşı Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ, Sabirabad rayonlarında isə 29 məktəb olmaqla, ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. 7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü, 8-ci siniflər üzrə isə təbiət elmləri təmayüllü siniflər yaradılıb.

Məqalədə : istedadlı uşaqlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM imtahanın nəticələrini açıqladı

21

Fevral
15:28
ELM / TƏHSİL
106

22 fevral tarixiniə olan hava proqnozu

21

Fevral
13:36
ÖLKƏ
264

Sanders: Tramp diktaturaya kömək edir

21

Fevral
11:19
DÜNYA
264

Bakıda yeni tunel çəkilə bilər

21

Fevral
11:00
NƏQLİYYAT
475

Kolleclərə tələbə qəbulu elan edildi

21

Fevral
10:45
ELM / TƏHSİL
270

Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu

21

Fevral
10:30
HÜQUQ,HADİSƏ
1402

Azərbaycanda bu sahədə maaş 3 min manatdan çoxdur

21

Fevral
10:25
İQTİSADİYYAT
452
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 15:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru