Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

19 Sentyabr

2019
10:30
932
Yeni istifadəyə verilən eskalator niyə dayandı?

Bu gün səhər saatlarında yeni istifadəyə verilmiş “Xətai” stansiyasında eskalator qəfil dayanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, bu zaman bir qadının halı pisləşib və yıxlıb. Bu zaman gənclərdən biri ona yardım edərək yuxarıya qaldırıb. Sərnişinlərin bildirdiyinə görə, bu vəziyyət ötən gün də baş verib. Onlar yeni istifadəyə verilmiş eskalatorun qəfil dayanmasının səbəbini sorğulayırlar.

FaktXəbər bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, ötən gün baş verən dayanma sərnişinlərdən birinin ehtiyatsız davranması səbəbindən olub: “Belə ki, yeni eskalatorlarda stop düyməsi var. Köhnə eskalatorlarda isə bu düymə açar formasındadır. Sərnişinlərdən kimsə ötən gün bir dəfə düyməni sıxıb. Nəticədə eskalatorların hərəkəti dayanıb. Onu qeyd edim ki, stansiyalarda yeni qurulan eskalatorlar daimi nəzarət altındadır. Sərnişinlər də görür ki, əməkdaşlarım hər gün baxış keçirir, təhlillər aparır. Çünki eskalator bir neçə gündür ki, sərnişin yükü altında işləyir. Bu, təhlükəsizlik tədbiridir və texniki normativlərə əsasən baxılmalıdır.Biz sərnişinlərə bu düymələrlə bağlı xəbərdarlıq edirik. Bu gün səhər dayanmanın səbəbi isə plastik maddə qırıntısının eskalatora düşməsidir. Eskalatora hər hansı bir qırıntı düşdüyü halda, sistem bununla bağlı siqnal verir. Əməkdaşlar isə bu zaman təhlükəsizlik baxımından eskalatoru saxlamalıdır və baxış keçirməlidir. 2 dəqiqə müddətində eskalatora baxış keçirilib və sonra qoşulub”.

Məqalədə : Metro eskalator 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
57

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
255

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
99

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
59

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
63

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
94
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 01:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru