Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2019
15:22
Türkiyədə azərbaycanlıların aldığı mənzillərin sayı 22% artıb

Bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 88 mənzil alıb. FaktXeber.com-un Report-a istinadla məlumatına görə, bu barədə Türkiyənin Statistika İdarəsi xəbər yayıb. Məlumatda bildirilir ki, bu, ötən ilin avqust ayı ilə müqayisədə 8 mənzil və yaxud 8,3% azdır.

Bununla belə, bu ilin yanvar-avqust aylarında azərbaycanlılar qonşu ölkədə 711 mənzilə sahib olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 138 mənzil və yaxud 22% çoxdur.

Ümumilikdə avqustda Türkiyədə xarici vətəndaşlara 3 641 mənzil satılıb ki, bu da illik müqayisədə 253 mənzil və yaxud 6,5% azdır.

Yanvar-avqustda isə Türkiyədə xarici vətəndaşların mülkiyyətinə 28 051 mənzil keçib ki, bu da illik müqayisədə 9 328 mənzil və yaxud 49,8% çoxdur.

Türkiyədə ən çox mənzili İraq vətəndaşları alıb - ötən ay 675, 8 ayda 4 746 mənzil. İran vətəndaşları avqustda 469, yanvar-avqustda 3 135, Rusiya vətəndaşları isə ötən ay 212, bu ilin 8 ayında isə 1 691 mənzil əldə edib. 

Məqalədə : Türkiyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs rejimi 24 dəfə pozulub

25

Yanvar
09:31
HƏRB
45

Almaniyada atışma baş verib

24

Yanvar
17:58
DÜNYA
278

Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ

24

Yanvar
17:14
HÜQUQ,HADİSƏ
334

Azərbaycan Texniki Universitetində yeni təyinat

24

Yanvar
16:18
ELM / TƏHSİL
750
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2020 09:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru