Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2019
15:10
1110
Elina Hacıyevanın intiharı ilə bağlı məhkəmədə Xalidə Bayramova ifadə verib - VİDEO

Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib. 

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. 

Prokuror ittiham aktını elan edib. 

İttihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb, sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib. E.Hacıyeva aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayaraq, məktəblinin həyatını təhlükədə qoyub.

İttihama münasibət bildirən keçmiş direktor Sevinc Abbasova isə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmədə Elina Hacıyevanın anası Sevil Hüseynova və Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə veriblər. 

Xalidə Bayramova qeyd edib ki, hadisə ilə bağlı ona məktəbin direktoru Sevinc Abbasova məlumat verib: "Sevinc Abbasova zəng edərək mənə dedi ki, 8-ci sinifdə oxuyan qız 2-ci mərtəbədən yıxılıb. Ona təşvişə düşməməyi tapşırdım. Məsələ ilə bağlı  icra başçısına məruzə etdim və ondan icazə alıb məktəbə getdim. Başçı ilə danışandan sonra direktora zəng edib dedim ki, polisə xəbər verin və təcilli yardım çağırın".

X.Bayramova ifadəsində qeyd edib ki, direktor ona təcili yardım çağırdıqları bildirib: "Məktəbə saat 11:01-də çatdım. Polislər orada idi. Elinanı divanda uzandırmışdılar. Direktor çox həyəcanlı idi. Gördüm ki, hələ həkim çağırılmayıb. Belə olan halda mən birbaşa Rauf həkimə zəng edib təcilli yardım göndərmələrini istədim. 4 dəqiqə sonra həkimlər gəldi".

İcra başçısının müavini bildirib ki, Elina Hacıyeva çoxlu dərman içib: “Orada dedilər ki, Elina çoxlu dərman içib. Qız özü isə dedi ki, dünən 30, bu gün 60 həb atıb. O, dərman içdiyini dediyi üçün onu Toksikologiyaya apardılar. Lakin sonra zədələrini görüb “Semaşko”ya göndəriblər”.

X.Bayramova onu da qeyd edib ki, Elinanın ölümünü gözlənilməz olub: "Həkimlər bizi inandırmışdı ki, Elinanı xilas ediblər”.

İcra başçısının müavini bildirib ki, Elina sinif yoldaşlarından gileylənib: "Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi. Mənə dedi ki, “bu sinif, bu uşaqlar dəhşətlidir. Bu məktəbdən getmək istəyirəm”.

X.Bayramova suallara cavabında E.Hacıyeavnın anasına barışıq üçün pul təklif etmədiyini deyib: “Deyirlər ki, direktorla qohumam, “podruqa”yam. Bunlar yalandır. Mən sadəcə onlara kömək edirdim”.

Sevinc Abbasova is' məhkəmədən sonra jurnalistlərin suallarını cavablandırıb.  

S.Abbasova bildirib ki, Elina Hacıyevanın psixotrop maddənin təsiri altında intihar etməsi araşdırılıb: “Polislər müəyyən araşdırma apardılar. Biz uşağı yola salanda o sağ-salamat idi. Mən xəstəxanada da yanına getmişəm. Aprelin 4-də 2 saat uşağın yanında olmuşam. Heç kəs yox idi, gözlədim ki, bəlkə valideynlərindən kimsə gələr, tək qoymayım onu. Uşaqla da çox mehriban söhbətlərimiz olub. Mən məktəb direktoru olmaqdan əlavə həm də coğrafiya müəllimiyəm və uşaqlarla ünsiyyət qurmaqda heç bir problemim yoxdur”.

S.Abbasova intihardan sonra yayılan səs yazısına da münasibət bildirib: “Siz o səs yazısında Elinanın adını eşitmisiz? Düzdür mən təkzib verməmişəm. Ona görə ki, aprelin 16-dan etibarən ev dustağıyam, istintaq sirrini yaymamaq haqqında mənə imza atdırıblar. Mən telefon nömrəmi dəyişmişəm, telefonumu bağlamışam, internetə girmirəm. Birinci dəfədir ki, müsahibə verirəm”./apa

Məqalədə : Elina Hacıyeva 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti kəskin bahalaşıb

12

Oktyabr
12:30
İQTİSADİYYAT
543

Nazirlik narazılığını bildirdi

11

Oktyabr
15:38
ÖLKƏ
707
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 02:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru