
Mədinədəki məşhur tarixi Quba məscidinin imamı İslamın böyük məzhəblərinə əsasən Hz. Hüseyn (ə) şəhid sayıldığını deyərək, onu öldürənlərə lənət oxuyub. FaktXeber.com-un məlumatına görə, Salih Meğamisinin xütbəsi Səudiyyə Ərəbistanında MBC kanalında yayımlanıb.
"Şiə qardaşlarımız ona "Şəhid İmam" deyirlər. Onun imamətinə heç bir ağlı başında olan şəxs müxaliflik eləməz və bu, müzakirə mövzusu da deyil. Çünki o, bütün yaxşılıqların imamıdır, qabaqcıldır - təqvada, elmdə, iffətdə öncüldür. Şəhidliyi ilə bağlı da heç bir ixtilaf yoxdur. Allaha and içirəm ki, İmam Hüseyn zülm və haqsızlıqla öldürülərək şəhid edilib", deyə o, bəyan edib.
Salih Meğamisi sonra İmam Hüseynin (ə) qatillərinə lənət oxumaqla sözlərinə davam edib:
"Onun qatilinə Allah lənət eləsin! Onun öldürülməsini əmr edənlərə Allah lənət etsin! Onun öldürülməsinə razı olanlara Allah lənət eləsin!"
Qeyd edək ki, Quba məscidi İslamın ilk məscidi hesab olunur. Rəbul-əvvəlin ilk günü Məkkəni tərk edərək Yəsribə (Mədinəyə) hicrət edən Allah rəsulu (s) və yanında olan səhabələr Quba adlı məntəqədə dayanıb orada gecələyir və burada namaz qılırlar. Həmin bu yeredə İslamın ilk məscidinin əsası qoyulur.
Bu məscid Mədinə şəhərindən 6 km. aralıda yerləşir. Məkkədən hicrət edən Peyğəmbər (s) təqribən bir həftəyə yaxın bu məntəqədə qalır və İslamı yenicə qəbul etmiş müsəlmanlarla bu məscidi təsis edirlər.
Səcdəgah, yaxud səcdə edilən məkan mənasında olan məscidlərin İslamda xüsusi yeri vardır. Bu xüsusilik özünü həm mənəvi, həm də ictimai fəzada büruzə verir. Beləki məscidlərin İslam şəriətində xüsusi hökümləri vardır. Həmçinin məscidlər və orada qılınan camaat namazları müsəlmanların ictimai vəhdətini qorumaqda mühüm əhəmiyyətə malikdir.
İslamda məscidlərin mənəviyyat və ictimai vəhdət baxımından xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdik. Bu xüsusiyyətdə ən böyük pay ilk təsis edilmş Quba məscidinin payına düşür. Allah Rəsulu (s) bu məscidi daima diqqətində saxlayar, həftədə bir dəfə 6 km. məsafəni ya piyada, yaxudda süvari halda bu məscidə gələr, orda namaz qılardı.
Peyğəmbər (s) Quba məscidində namaz qılmağın fəzilətinə işarə edərək buyurub: Hər kəs evdə dəstəmaz alıb və Quba məscidinə gəlib namaz qılarsa, onun hədiyyəsi bir ümrə savabındadır” (İbn Kəsir. əl-Bidayə vən-Nihayə. C-3. S-210).

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 24-06-2020 12:55 Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib
- 23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
- 01-06-2020 15:44 Məhərrəm ayının başlanacağı tarix məlum oldu
- 28-05-2020 11:08 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
- 27-05-2020 14:47 Məhərrəm ayının başlayacağı tarix açıqlandı
- 21-05-2020 14:10 QMİ bayram namazının vaxtını açıqladı - RƏSMİ
- 21-05-2020 14:05 Şeyxdən Ramazan təbriki
- 16-05-2020 16:26 Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?
- 08-03-2020 12:03 Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib
- 06-03-2020 11:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb
- 15-02-2020 18:31 Həzrət Zəhranın (s.ə) mövludu ilə əlaqədar Bakıda gül paylanılıb - FOTO
- 15-02-2020 10:28 Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlududur
- 14-02-2020 16:23 Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib - FOTO-VİDEO
- 13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
- 29-01-2020 12:02 Həzərət Peyğəmbər qızının başına gətiriləcək müsibətlər barədə
- 27-01-2020 10:54 AİP Qadınlar Şurası Xanım Fatimənin (s.ə) şəhadətini qeyd edib
- 16-01-2020 12:12 QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
- 15-01-2020 13:23 QMİ nümayəndələri Həcc ziyarəti ilə bağlı Məkkəyə gedib
- 09-01-2020 10:22 Əyyami-Fatimə (s.ə) - özünəqayıdış üçün vücudi fürsət
- 27-12-2019 10:42 Amerikalı alimlər: Oruc tutmaq ömrü uzadır, xəstəlikləri azaldır
- 25-12-2019 17:42 Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib
- 07-12-2019 11:05 Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 05-12-2019 09:26 İmam Həsən Əsgərinin (ə) mövlud günüdür
- 20-11-2019 16:42 Şamaxıdakı kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq
- 06-11-2019 09:27 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür