Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2019
12:41
Turizm mövsümü başlayandan bəri Türkiyədə 90-a yaxın Rusiya vətəndaşı ölüb

Turizm mövsümü başlayandan bəri Türkiyədə 90-a yaxın Rusiya vətəndaşı ölüb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov TASS-a bildirib.

Onun sözlərinə görə, bu, respublikaya turist axınının artması ilə əlaqədardır.

"Hələ başa çatmamış cari turizm mövsümü təəssüf ki, Türkiyənin cənubunda rus turistlərlə bağlı baş verən bədbəxt hadisələrə görə çox ağır olub. Bu günə qədər 88 ölüm və 40-a yaxın tibbi təxliyə faktı qeydə alınıb", - deyə diplomat bəyan edib.

Onun sözlərinə görə keçən il təxminən 6 milyon Rusiya vətəndaşı Türkiyəyə səfər edib, bu il isə daha çox olacağı göslənilir.

Yerxovun vurğulayıb ki, qəzaların bir qismi ürək-damar xəstəliyindən əziyyət çəkən turistlərin hava və iqlim şəraitindəki əhəmiyyətli fərqliliyi nəzərə almadan  Türkiyəyə səfər etməsi ilə əlaqədardır.

Məqalədə : turist 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
252

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
350

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1248
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 03:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru