Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
10:32
1139
5 yaşadək uşaqların 24 faizində anemiya var

Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var.

Bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə seminarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, bu göstəricilər qadınlar arasında daha yüksəkdir: "Qadınlar arasında dəmir çatışmazlığı 34,1, anemiya 38,2, hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb".

Q.Təhməzli hesab edir ki, bu gün dünya əhalisinin üçdə bir hissəsini əhatə edən mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı aiddir. Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır:

"Statistikaya nəzər salsaq görərik ki, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqların immun sisteminə, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Hazırda ölkəmizdə problemin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə addımlar atılır".

AQTA sədri qeyd edib ki, əhali arasında geniş yayılmış vitamin və mineral çatışmazlığının aradan qaldırılmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir (fortifikasiya).

Q.Təhməzlinin sözlərinə görə, təmsil etdiyi qurum fəaliyyətə başlayandan sonra müvafiq qurumlarla birgə unun zənginləşdirilməsinə dair qanun layihəsinin hazırlanması üzərində işlər aparılıb: "Hazırda bu proses davam edir. Bugünkü tədbirin də əsas məqsədlərindən biri bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır".

Məqalədə : anemiya AQTA Qoşqar Təhməzli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
296

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
230

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
162

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
151

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
379

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
291

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
232

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
184
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 00:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru