Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2019
10:03
Azərbaycan AŞ PA komitələrinin iclasında iştirak edəcək

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Fransada səfərdə olacaq.

Paris şəhərində keçiriləcək toplantıda miqrant və deportasiya zamanı itkin düşmüş uşaqların sığınacaq problemləri, miqrantlar üçün Breksitin nəticələri, qaçqın və miqrant hüquqları ilə məşğul olan qeyri-dövlət təşkilatlarının vəzifələri, məcburi köçkünlərin beynəlxalq müdafiəsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Deputatımız iclasda müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.

İclas çərçivəsində Sahibə Qafarovanın “Miqrant və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi” mövzusunda hazırladığı məruzə ətrafında dinləmələr keçiriləcək və cari məsələlərə baxılacaq.

Məqalədə : AŞ PA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
155

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
201

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
306

Bərdədə evdə partlayış olub, xəsarət alan var

11

Dekabr
14:46
HÜQUQ,HADİSƏ
230
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 20:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru