Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2019
09:26
Nikola Yurçeviç: Millidə yarımmüdafiəçi qıtlığı yaşanır

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Uelslə oyundan öncə müsahibə verib.

Xorvatiyalı mütəxəssis millinin qarşıdakı matçları haqqında danışıb: 

-  Uels millisi Britaniya stilində oynayan və güclü heyətə malik olan komandadır. Onların oyun üslubu hamıya məlumdur. Vitse-dünya çempionu Xorvatiya ilə qarşılaşmışıq və müəyyən təcrübə toplamışıq.  Amma heyətdə zədəli futbolçularımız var. Buna baxmayaraq, çalışacağıq ki,  Xorvatiya ilə ilk oyunun 1-ci hissəsindəki kimi çıxış edək. Bir sözlə azarkeşlərimizi sevindirmək istəyirik". 

 - Emil Balayev Qazaxıstan çempionatında çox yaxşı təsir bağışlayır. Qarşıdakı oyunlarda onu heyətdə görə bilərik?

- Qapıçı məsələsi bizim üçün çox vacibdir. Son oyunlardan sonra bu barədə ətraflı müzakirə aparmışıq. Sevindirici haldır ki, Emil Balayev və Səlahət Ağayev kimi yaxşı keyfiyyətlərə malik qapıçılarımız var. Qapıçıların məşqçisi ilə söhbətimiz oldu. Səlahətin oyunlarını görürük. Emili də izləmişik. Göstəriciləri çox yaxşıdır. Əsas heyətdə kimin olacağı ilə bağlı matçdan öncə qərar verəcəyik.  

- Uzun fasilədən sonra Cavid Hüseynov milli komandaya dəvət olundu. Onun yaşını nəzərə alsaq, bir qədər təəccüblü oldu bu addımınız.

- Son zamanlar millidə yarımmüdafiəçi qıtlığı yaşanır. Eddi İsrafilovun zədələnməsindən sonra bizə 1 nəfər komapakt mübarizə aparan oyunçu lazım idi. Cavidin oyunlarını izləmişəm. Həm "Qəbələ"də, həm də yeni klubunda oyunlarına baxmışam. Deməzdim ki, o yaşlı futbolçudur. Həm də yaş təscübədən xəbər verir. Onsuz da milliyə çağırmaq üçün geniş oyunçu seçimimiz yoxdur. Ümid edirəm ki, çətin görüşlərdə onun təcrübəsinin bizə faydası olacaq. 

- Renat Dadaşov Portuqaliya çempionatında debüt etdi. Digər hücumçumuz Ramil Şeydayev isə son iki matçda Moskva "Dinamo"sunda oynamır.

- Renat Dadaşovun yeni klubunda stabil oynaması gördüklərimin təsdiqidir. Onu milliyə çağıranda ilk gündən potensialı hiss olunurdu. Hətta bir oyunda ona şans verdik. Əgər "Porto", "Benfika" kimi klublar olan çempionatda oynayırsa və özünü yaxşı tərəfdən göstərirsə, bu, onun potensialından xəbər verir. "Vulverhempton" onu əbəs yerə transfer etməyib. Bizdə hücumçu kimi ilk variant Şeydayevdir. Lakin bu Renata şans verməyəcəyimiz anlamına gəlmir. Ola bilər hansısa oyunda Şeydayevə, digərində Renata şans verək.  Ramil bizim rəsmi oyunlarda ən yaxşı futbolçulardan biri olub. 3 oyunda 2 qol vurub. Xorvatiya və Slovakiya ilə matçlarda rəqib qapısına yol tapıb. Əvvəl öz klubunda da da start heyətində oynayırdı. Son oyunlarda heyətə düşməkdə çətinlik çəkir. Şeydayev millinin əsas heyətində oynamaq üçün bonus qazanıb. Hücumçu seçimi zamanı ilk variant odur.  

- Macarıstan və Slovakiya ilə oyunlarda müdafiə xəttində ciddi problemlər nəzərə çarpdı. Bunları aradan qaldırmaq üçün nə düşünürsünüz?

- Komanda son oyunlarda çox top buraxıb. Bütün matçları təhlil edirik. Razıyam ki, müdafiədə problemlərimiz var. Əksər qolları standart vəziyyətdən buraxırıq. Daha dəqiqi 10 qoldan 4-ü. Müdafiəyə daha kimi çağırmaq olar? Əlimizdə milliyə çağırmağa elə də çox futbolçu yoxdur. Rəqabət aşağı səviyyədədir. Heyətdə olan müdafiəçilərdən müəyyən dəyişiklik etmək olar. Məsələn, Pavel Paşayev klubda sağda oynayır. Burada da belə oynaya bilər. Maksimi mərkəzə çəkə bilərik. Bədavinin zədəli olması problem yaradır. Bəhlul Mustafazadə gəncdir, potensialı var. Komandaya kömək edə bilər.  Krivotsyuk da "Neftçi"də oyun praktikasını artırıb. Bütün bunlardan istifadə etməyə çalışacağıq. Qol çox buraxanda təkcə müdafiəçilərdə günah axtarmamalıyıq. Futbol komanda oyunudur. 

- Millini üç günə iki oyun gözləyir. Komandamız isə bu cür tempdə oynağa öyrəşmıyib.

- Futbolçularımız bu cür qrafikdə nadir halda oynayırlar. Burda Avropaya nisbətən 2-3 gündən bir oyunların keçirilməsi ənənə halını almayıb. Azərbaycan çempionatı da yüksək templi liqa deyil. Biz 3 günə 2 oyun keçirməliyik. Mümkün olanın ən yaxşısını etməliyik. Üstəlik Uelsə 6 saatlıq yolumuz var. Geri dönüşdə də eyni vaxt itkisi olacaq. Qayıtdıqdan sonra məşq və bərpaya vaxt yoxdur. Amma ilk olaraq birinci oyuna hazırlaşmalıyıq. Uelslə matçdan sonra kimin yorğun olacağını biləcəyik. Və bundan sonra heyətdə dəyişikliklər ola bilər. Amma eyni heyət də qala bilər. Bütün bunları gedişata baxaraq qərarlaşdıracağıq. 

- Uelsə oyuna necə hazırlaşmısınız və rəqibin rəqibin standart vəziyyətlərinin qarşısını necə almağı düşünürsünüz? 

- Standart vəziyyətlərlə bağlı problem bizdə 20 ildir var. Klub səviyyəsində də bu aktualdır. "Qarabağ" "Linfld"lə görüşdə 2 qolu standartdan buraxdı. Bu da problemin varlığını göstərdi. Xorvatiya ilə oyundan öncə də demişdik ki, rəqib stadart vəziyyətlərdə çox təhlükəlidir. Buna uyğun hazırlıq, məşq etmişdiik. Lakin yenə standarlardan qol buraxırıq. Bəzən onun qarşısını almaq olmur. Komanda var keyfityyətli oynamır, standartdan yararlanır. Qarşıdakı görüşlərdə bunun üzərində işləyəcəyik. İnanırıq ki. daha yaxşı oynayacağıq. 

 - Mateo Kovaçiç və İvan Perişiç  kimi futbolçular milliyə qarşı oynamayacaqlar. Bu yığmanın xeyrinə işləyə bilər?

- Hər iki oyunçunun adı, klubları çox şeydən xəbər verir - "Barselona" və "Çelsi". Onların Bakıya gəlməməsi bizim üçün üstünlükdür. Xorvatiyada da seçim o qədər geniş deyil. Amma 11 yüksək keyfiyyətli futbolçuları  Heyətə düşməyənlər də özünü yaxşı tərəfdən göstırməyə çalışacaqlar. Xorvatiya ilə səfərdə 80 dəqiqə yaxşı oynadıq. İstəyirik ki, yerli azarkeşləri sevindirək. Hər oyunda bu cür mübarizə aparamağı düşünürdük. Alınmadı. Kağız üzərində Mascarıstan və Slovakiyadan geri qalırdıq, Belə komandalarla oyunda ilk qolu buraxırsansa, sonra çətin olur. Həm də əlimizə düşən imkanları dəyərlənmdirməliyik.

Məqalədə : Milli Yurçeviç 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

10

Dekabr
09:15
İQTİSADİYYAT
215

Azərbaycanda dərman istehsal olunacaq - FOTO

09

Dekabr
21:12
İQTİSADİYYAT
367

Erkin Qədirli seçkiyə gedir

09

Dekabr
16:45
SİYASƏT
344

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

09

Dekabr
16:09
ELM / TƏHSİL
383

Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ

09

Dekabr
16:00
HÜQUQ,HADİSƏ
426
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 09:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru