Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2019
10:32
İran nüvə sazişi ilə bağlı 15 milyard dollar kredit şərti irəli sürüb

İranın Xarici İşlər Nazirinin müavini Abbas Ərakçi, 15 milyard dollar kredit alınacağı təqdirdə Tehranın nüvə proqramı ilə əlaqədar Birgə Hərtərəfli Fəaliyyət Planının öhdəliklərinə tam şəkildə qayıtmağa hazır olduğunu bildirib.

FaktXeber.com-un məlumatına görə, bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

“Bizim fikrimizcə, nüvə sazişinin tam icrasına qayıtmaq dörd ay ərzində 15 milyard dollar almağımızdan asılıdır. Əks təqdirdə öhdəlikləri azaltmağa davam edəcəyik", deyə XİN nümayəndəsi bəyan edib.

Xatırladaq ki, sentyabrın 1-də Avropa ölkələri tərəfindən müvafiq tədbirlər görülməyəcəyi təqdirdə İran nüvə sazişinin öhdəliklərinin yenə də  azaldılacağı barədə xəbərdarlıq edib.

2019-u ilin mayın ortalarından etibarən İran Hərtərəfli Birgə Fəaliyyət Planının ayrı-ayrı maddələrini yerinə yetirməyi rəsmən dayandırdı. Rəsmi Tehran mayın 8-də Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiyanı bu qərar barədə xəbərdar etmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42817

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41155

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42714

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42224

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47712

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42151

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 22:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru