Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2019
14:25
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Mərkəzdən FaktXəbər-ə verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqəsində iştirak etmək üçün 3097 abituriyent ərizə təqdim edib. Onlardan 1928 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 4-dən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Qəbul olunanlar sentyabrın 4-dən 11-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

Məqalədə : Kollec 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43559

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41875

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43527

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43012

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48502

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43005

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43435
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-09-2020 05:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru