Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2019
14:28
1361
Nazirlikdən alınan parkların hamısı bu quruma verildi - RƏSMİ

Həm Bakı, həm də rayonlar üzrə bütün mədəniyyət və istirahət parkları icra hakimiyyətlərinin balansına verilib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarında edilən dəyişikliyə əsasən, nazirliyin tabeliyindən çıxarılan mədəniyyət və istirahət parkları ona məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib:

"Əslində, bu qərar 2017-ci ildə qəbul edilib. Həmin vaxt siyahıdan 59 mədəniyyət və istirahət parkı çıxarılmışdı. Bu dəfə isə siyahı tamamlandı. Artıq bütün parklar ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə keçdi".

Qeyd edək ki, Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Qərarın 6-cı bəndinə əsasən, mədəniyyət və istirahət parkları nazirliyin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumların siyahısından çıxarılıb. (oxu.az)

Məqalədə : Nazirlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1157

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
72

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
94

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
321

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 07:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru