Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2019
12:30
2021-ci ildə benzinimiz `Avro-5` olacaq

"Atmosfer havası ilə bağlı aparılan monitorinqlər göstərir ki, isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsi daha intensiv xarakter alır".

Bunu ETSN-nin şöbə müdiri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, hazırda paytaxtda havanın çirklənməsinin 70%-dən çoxu avtonəqliyyat vasitələrinin payına düşür: "15-20 il əvvəl bu rəqəm tam əksinə idi. Hazırda Azərbaycanda 1 milyon 400 mindən çox avtonəqliyyat vasitəsi var. Bununla yanaşı, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir. Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir. Atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələrinin təşviqi təmin edilməli, elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən sıxılmış qazla işləyən avtomobillərin sayı artırılmalı, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri minimuma endirilməli, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməlidir".

O qeyd edib ki, 2021-ci ildə ölkədə istehsal olunan yanacaq "Avro-5" standartına uyğunlaşdırılacaq ki, bu da nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azalmasına şərait yaradacaq./APA

Məqalədə : benzin Avro-5 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
473

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
394

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
610

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
455

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
392
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 06:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru