Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2019
16:40
Ərdoğan ABŞ-ın F-35 hədəsinə Su-57 ilə cavab vermək istəyir? VİDEO

Moskva yaxınlığında Jukovskidə beynəlxalq aerokosmik salon açılıb. FaktXeber.com-un verdiyi məlumata görə, MAKS-2019 tədbirinin açılışı türk həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparan Rusiya prezident Vladimir Putin tərəfindən edilib.

Çıxışdan sonra Putin və Ərdoğan salonun ekspozisiyasını izləməyə gedib. Rusiya lideri Türkiyə prezidentinə son beşinci nəsil qırıcı Su-57-ni göstərib. 

Qeyd edək ki, Türkiyənin ABŞ-dan dəfələrlə Patriot RƏM istiəməsinə baxmayaraq, hər dəfə ABŞ müəyyən bəhanələrlə bu sistemi verməkdən yayınmışdı. İşi belə görən Türkiyə hökuməti terrorçuların müxtəlif raketlər əldə etməsinə cavab olaraq Rusiyadan dünyada analoqu olmayan S-400 ZRK sistemləri almaq qərarına gəldi. Və 2019-cu ildə bu sistemlər Türkiyəyə təslim edildi. Ankaranın S-400 almasından sonra başda Tramp olmaqla ABŞ hökuməti illərdir Türkiyənin də tərəfdaşı olduğu yeni nəsil F-35 qırıcılarının bu ölkəyə təslimatının sual altında olduğunu açıqladılar. Görünür, bu hədələr Türkiyəni düşünməyə vadar edib və onlar F-35-ə də Rusiyanın son dövrlərdə istehsal etdiyi beşinci nəsil hava gəmisini – Su-57-ni almaq qərarına gəliblər. Su-57-yə edilən baxış da bu barədə müzakirələr aparıldığını istisna etmir.

Kreml, rus qırıcılarının Türkiyəyə mümkün tədarükü barədə hələ ki, heç bir şərh verməyib.

Məqalədə : Su-57 F-35 MAKS-2019 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
278
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 18:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru