Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2019
14:10
853
Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

Ötən gün axşam saatlarından Hövsan qəsəbəsinin bir hissəsinin içməli su ilə təchizatı dayandırılıb.

Sakinlərin verdiyi məlumata görə, Suraxanı rayonu, İlqar Əhlimanov küçəsi istiqamətində içməli su verilişində tez-tez məhdudiyyətlər olur.

Vətəndaşlar onu da bildirirlər ki, isti yay günlərində xəbərdarlıq etmədən su təchizatı dayandırılır.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı vətəndaşların şikayətinə aydınlıq gətirib.

Qurum rəsmisi bildirib ki, hazırda Hövsan qəsəbəsindən keçən magistral kəmərdə təmir işləri gedir:

"Gecə saatlarında Hövsan qəsəbəsindəki magistral kəmərdə işlər aparılıb. Qəsəbənin su problemini həll etmək məqsədilə mərhələli şəkildə işlər görülür".

A.Cəbrayıllı qeyd edib ki, içməli suyun verilişinin günlərlə kəsilməsi barədə deyilənlər əsassızdır:

"Sadəcə olaraq günün müəyyən saatlarında qəsəbənin bir hissəsində suyun təzyiqi azaldılıb və içməli suyun verilişində fasilələr yaranıb. Havaların isti olmasından dolayı vətəndaşları başa düşürük.

Qəsəbənin bir hissəsində suyun verilişində problem yoxdur. Fasilə yaranan hissələrdə isə iki-üç saat ərzində içməli suyun verilişi bərpa ediləcək".(oxu.az)

Məqalədə : Su 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
488

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
586

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
626

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1117

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
708

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
679
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 06:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru