Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2019
11:52
806
Pakistanlı analitik: 12 dəqiqəyə Təl-Əvivi vura bilərik

Pakistanlı analitik Dr.Şahid Məsud Pakistan və Hindistan arasındakı mövcud Kəşmir böhranı ilə əlaqədar İsrailin roluna lazımi dərəcədə diqqət yetirilmədiyini söyləyib.

FaktXəbər-in "Times of İslamabad"a istinadən məlumatına görə, GNN telekanalında yayımlanan "Doktor Şahid Məsudla canlı" proqramında danışan analitik, hər hansı bir təhlükəli vəziyyətdə Pakistanın "Shaheen III" raketinin İsrailin paytaxtı Təl-Əvivə saatda 2600 kilometr sürətlə 12 dəqiqədə çata biləcəyini söyləyib.

O qeyd edib ki, raket yolda İran, İraq və İordaniya var və bunların heç biri raketi dayandırmaq imkanına malik deyil.

Dr.Şahid Məsud həmçinin "Shaheen III" raketinin nüvə başlığı daşıya biləcəyini də söyləyib.

Xatırladaq ki, ötən il israilli ordu generalı Şimon Arad bildirmişdi ki, "Shaheen III" İsraili vura bilər: "Raketin yerləşdirilməsindən asılı olaraq İsraili vura bilər. Pakistan nüvə başlıqlarını miniatürləşdirməyə müvəffəq olduqda "Shaheen III" nüvə silahına çevriləcək."

Məqalədə : Pakistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
211

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
224

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
269

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1102

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1279

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1067

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1098

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
484
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 01:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru