Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2019
19:43
2668
Yol qəzası törədib günahı başqasına atmaq istədi - VİDEO

Sosial şəbəkələrdə Bakı şəhər sakini Mehriban Məmmədxanova oğlunun idarə etdiyi motosikletin “Ford” markalı avtomobil tərəfindən vurulmasını və həmin avtomobilin hadisə yerindən qaçdığını, o cümlədən polis əməkdaşları tərəfindən işin düzgün araşdırılmadığı barədə məlumat yayılıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə bildiririlib ki, vətəndaş M.Məmmədxanovanın sosial şəbəkədə səsləndirdiyi iddialar həqiqətdən uzaqdır və böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdur.

Belə ki, avqustun 7-də Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində vətəndaş Məhəmməd Məmmədxanov sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hajoe” markalı motosikletlə sürücü Yasəf İbadovun idarə etdiyi “Ford-Tranzit” markalı avtomobillə toquşmuşdur. Nəticədə M.Məmmədxanov yüngül xəsarətlər alıb.

Faktla əlaqədar dərhal Xətai RPİ-nin Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, sürücü Y.İbadovun izahatı alınmış, məhkəmə-tibbi və yol-nəqliyyat ekspertizaları təyin edilmişdir. 

M.Məmmədxanov hadisə yerinin müayinəsi aparılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, araşdırma zamanı izahat verməkdən və məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçməkdən imtina etmiş, hadisə yerinə gəlmiş anası Mehriban Məmmədxanova isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir.

M.Məmmədxanov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə toplanmış material rayon məhkəməsinə göndərilmiş, məhkəmənin qərarı ilə ona 200 manat məbləğində cərimə təyin edilmişdir.

Məhkəmə iclasında M.Məmmədxanov yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyini və müayinə zamanı əsəbi olduğundan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığını etiraf etmişdir.

Nazirlikdən bildirilib ki, vətəndaş M.Məmmədxanovanın bu cür qərəzli məlumatlar yayması, oğlunun törətdiyi hüquqazidd əməli ört-basdır etmək üçün uğursuz cəhddir.

Məqalədə : yol qəzası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
493

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
591

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
629

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1123

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
712

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
683
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 06:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru