Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2019
15:24
DİN:Yol polisinin ləğv ediləcəyi barədə yayılan məlumatlar reallıqdan uzaqdır

Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrində Dövlət yol polisi qurumunun ləğv ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında yayılan məlumatların reallıqdan uzaq olduğunu bildirib: ““Polis haqqında”  Azərbaycan Respublikasının Qanununda polisin təyinatı və əsas vəzifələrindən biri kimi yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək, eyni zamanda, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək qeyd olunur ki, bu vəzifəni də DİN-in Dövlət Yol polisi qurumu icra edir. Ona görə də belə mühüm bir qurumun ləğv edilməsi kimi bir məsələ gündəlikdə olmayıb və hazırda da yoxdur. Əksinə, yol polisinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, fəaliyyətinin effektliyinin artırılması, maddi-texniki bazasının günün tələbləri səviyyəsinə qaldırılması üçün Nazirlik tərəfindən zəruri tədbirlər davamlı olaraq həyata keçirilir”. 

Qeyd edək ki, son gün günlər bəzi KİV-də DYP ləğv olunacağı barədə məlumatlar yayılıb.    

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6350

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5233

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6751

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6772

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9247

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6452
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 03:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru