Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2019
15:11
3492
`Hava proqnozunun verilməsi çətinləşib`

Hava proqnozunun verilməsi çətinləşib.

​Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, əgər əvvəllər fəsillər və onlara səciyyəvi ​hava şəraiti daha aydın özünü büruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər, əgər belə demək olarsa "sürüşür", meteoroloji anomaliyalar daha qabarıq və daha tez-tez özünü göstərir: ​

"Məsələn, Azərbaycan iqlimşünaslığının korifeylərindən olan A.Mədətzadə və Ə.Şıxlinskinin əsərlərində ölkə ərazisində hava şəraitini təyin edən əsas sinoptik proseslər təhlil edilib.​ 90-cı illərdə, bu prosesləri izləyərək, onların başlanmasının, inkişafının və dinamikasının bu təsvirlərə uyğun baş verdiyinin ​şahidi olduğum halda, bu gün həmin klassik prosesləri getdikcə daha az müşahidə edirik. Sabit sinoptik şəraitdə gözlənilməz ani dəyişikliklər baş verir ki, bunları hətta bir gün əvvəl ​proqnozlaşdırmaq mümkün olmur, rəqəmli modellər bu prosesləri ​"tutmur".

Əlbəttə ki, əvvəllər də anomal istilər və soyuqlar olub. Bəs onda nə dəyişib?​ Bu hadisələrin təkrarlanmasında, intensivliyində və davamiyyətində dəyişiklik müşahidə edilir. Hazırda onları isti və soyuq hava dalğaları adlandırırlar".

U.Tağıyeva bu gün mən hava şəraitinin pisləşməsi barədə əhalinin məlumatlandırılması sahəsində qarşılaşdıqları bəzi problemlərə də toxunub:

"Bu, ilk növbədə, güclü külək, leysan yaşışlar, anomal isti və soyuqlara aiddir. Elə bu zaman bəzi nüanslar yaranır. Bizim problemimiz bəzən daha çətin olan xəbərdarlıqların hazırlanması ilə yanaşı, onların əhaliyə hansı formada və ifadələrlə çatdırılması ilə bağlıdır. Çünki əhaliyə xəbərdarlıq verilərkən elə bir forma seçilməlidir ki,​ həm təşviş​ yaranmasın, həm də insanlar mümkün risklərə hazırlıqlı olsunlar.

İnsanlar və onların xarakterləri və davranış tərzləri fərqlidir. Bəziləri təhlükəli hadisələr barədə xəbərdarlıq eşidərək, dərhal mağazalara üz tutaraq, uzunmüddətli blokadaya hazırlaşmış kimi davranırlar. Elə bu səbəbdən də, biz beynəlxalq təcrübədə rəsmi qəbul olunmuş başlıq və terminlərdən istifadə edərkən söz və ifadələrə ehtiyyatla yanaşmağa məcburuq".

Onun sözlərinə görə, ekstremal hava şəraiti haqqında xəbərdarlıqlar bütün müvafiq ​ struktur və təşkilatlara göndərilir, onlar da öz növbəsində buna uyğun olaraq işlərini tənzimləyirlər:

"Son zamanlar, Bakı Şəhər İcra Hakimiyyəti​ işimizə böyük dəstək göstərərək, bizim xəbərdarlıqlara operativ reaksiya verərək, müvafiq tədbirlər görür ki, bu da öz növbəsində yarana biləcək fəsadları və riskləri azaldır. Onlara öz təşəkkürümüzü bildiririk. Digər bir çox dövlət qurumları ilə də qarşılıqlı sıx əlaqələrimiz var.

Bununla yanaşı, öz səhlənkarlığını və laqeydliklərinin məsuliyyətini sinoptiklərin ünvanına atmaq istəyənlər də tapılır. Biz konstruktiv tənqidə də açığıq.

Dövlət tərəfindən işimizin keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaradılır, maddi-texniki bazamız yaxşılaşdırılır, müasir avadanlıqlar qurulur, bu da öz növbəsində işimizin keyfiyyətinin yüksəlməsinə yönəlir.

Bu ilin sonunadək dövlət investisiyası hesabına Dopler radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən daha dəqiq qisamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq.

Xəzər dənizi üçün verilən proqnoz və xəbərdarlıqların əhəmiyyəti çox qiymətlidir. Xüsusən də Xəzərdə güclü fırtınaların son dövrlərdə ​ bizi tez-tez sınağa çəkdiyi zaman.​ Yalnız sahələrarası düzgün əlaqələndirilmiş iş sayəsində, insan itkisinin qarşısını almaq​ mümkün olur.

Bu ilin sonunadək dövlət investisiyası çərçivəsində dəniz stansiyalarının, o cümlədən, 2020-ci ilin noyabr ayında özünün 70 illik yubileyini qeyd edəcək Neft Daşları stansiyasının​ avtomatlaşdırılması planlaşdırılır. Lakin texnikanı yüksək ixtisaslaşmış mütəxəssislər ​ idarə etməlidir.

Bu mütəxəssislərin hazırlanması qarşımızda duran başlıca vəzifələrdən biridir. İşimiz çətin olsa da, çox maraqlıdır və inasanlara lazımlıdır. Biz öz sıralarımızda bu sahə ilə maraqlanan gəncləri görmək istərdik".

Məqalədə : Hava proqnozu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
489

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
587

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
627

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1119

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
709

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
680
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 06:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru