Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2019
12:59
1541
Azərbaycanlı toy kortejində `Range Rover`dən çıxıb atəş açdı

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında toy kortejində olan azərbaycanlı “Range Rover” markalı avtomobildən travmatik silahla havaya atəş açıb. FaktXəbər-in "Virtualaz"a istinadən məlumatına görə, hadisə avqustun 11-də Kolpinsky şossesində, Puşkin rayonu istiqamətində baş verib.

Bu barədə hadisə şahidləri yerli polis şöbəsinə məlumat veriblər. Onların sözlərinə görə, qafqaz əsilli bir nəfər avtomobilin lyukundan çıxaraq tapançadan havaya bir neçə dəfə atəş açıb.

Əməliyyat nəticəsində həmin şəxs saxlanılıb, onun 34 yaşlı azərbaycanlı olduğu bildirilir. Saxlanılan şəxsdən icazə kağızı olan “Grand Power” markalı tapança götürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı avqustun 13-də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 1-ci bəndinə (xuliqanlıq) uyğun olaraq cinayət işi açılıb. Şübhəli  şəxs başqa yerə getməmək şərti ilə azadlığa buraxılıb.

Məqalədə : toy karvanı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
92

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
952

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
165

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
320
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 19:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru