Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2019
16:17
1631
Ərəblərə dəymiş ziyan ödənilib - RƏSMİ

Paytaxtın Səbail rayonunun Üzeyir Hacıbəyov küçəsində avqustun 5-də gecə saatlarında Səudiyyə vətəndaşlarına qarşı quldurluq əməli törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü V.Abbasov, Kürdəmir sakinləri – Ş.Abdullayev, 1996-cı il təvəllüdlü A.Qəmbərova, Biləsuvar rayon sakini E.Ağakərimov DİN-in Baş Cinayət Axtarış İdarəsi, Növbətçi Hissə, Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 39-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində şübhəli şəxslər ətrafında aparılan əməliyyat-axtarış, istintaq tədbirləri ilə quldurluq yolu ilə talanan 1700 manat pul və 5 ədəd mobil telefon müəyyən olunaraq sahiblərinə qaytarılmaqla, dəymiş maddi ziyanın ödənilməsi təmin edilib.

"Diqqətə çatdırım ki, qeyri-aşkar şəraitdə törədilən ictimai təhlükəli əməlin polis tərəfindən aşkarlanmaması üçün bütün mümkün imkanlardan istifadə edən cinayətkar qrup “isti izlərlə” yaxalanaraq, onların əməlləri tam subuta yetirilib.

Şübhəli şəxslərdən, ictimai təhülkəli əməlin istintaqla təşkilatçısı sübuta yetirilən Ş.Abdullayevin həyat yoldaşı A.Qəmbərovanın himayəsində azyaşlı uşaq və hamilə olması səbəbindən həbs-qəti imkan tədbiri polisin nəzarəti altına verilmə ilə əvəz olunub. Digər şəxslər barəsində cinayət işi üzrə əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir, onların barəsində həbs-qəti imkan tədbiri seçilib. Onların digər ictimai təhlükəli əməllərdə əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir", - deyə, E.Hacıyev əlavə edib.

Məqalədə : Ərəblər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
578

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
406

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
267

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
222

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
220

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
360

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
437
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 07:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru